Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi
"Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla siyahıya aşağıdakı məzmunda 41-1-ci hissə əlavə edilir:
"41-1. Məcəllənin 428.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
41-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
41-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.".
2. 42-ci hissədə "428.9-cu və 428.10-cu maddələrində" sözləri "428.10-cu maddəsində" sözləri ilə əvəz edilsin.
3. 68-ci hissədə "maddəsində" sözü "və 558.1-1-ci maddələrində" sözləri ilə əvəz edilsin".
Beləliklə, əlavədə sözügedən şəxslər qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə, həmçinin İXM-in 428.1 - 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə protokolları tərtib edə biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Əməkdar artist komaya düşüb
İlham Mirzəyevin vəziyyəti ağırdır
Toyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdi
"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
Sabah da yağış yağacaq