Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR?
Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir.
Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqqı və peşənin cəmiyyətdəki nüfuzu bu seçimə necə təsir edir və məktəblərdə gender balansının daha sağlam formalaşması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, ölkəmizdə, xüsusilə orta məktəblərdə kişi müəllimlərin sayı xeyli azdır. Ali məktəblərdə də müəyyən azalma meyli müşahidə olunur, lakin orta məktəblərdə gender balansının qadınların xeyrinə dəyişməsi daha kəskindir.
"Bunun əsas səbəblərindən biri ixtisas seçimidir. Bu gün ali məktəblərdə müəllimlik ixtisasını seçən oğlanların sayı kifayət qədər azdır. Xüsusilə müəllimlik peşəsinin müxtəlif istiqamətləri üzrə ixtisas seçimində tələbələrin böyük hissəsini qızlar təşkil edir. Təbii olaraq, bu da son nəticədə müəllimlər arasında qadınların sayının daha çox olmasına gətirib çıxarır. Digər tərəfdən, müəllimlik ixtisasını seçən oğlanların bir qismi sonradan bu peşə ilə məşğul olmaq istəmir. Xüsusilə Dövlət İmtahan Mərkəzinin imtahanlarından sonra müxtəlif regionlara müəllim kimi təyinat almaq ehtimalı bəzi oğlanlar üçün əlverişli hesab edilmir. Hazırda regionlarda müəllim kimi işləməyə gedən qızların sayı oğlanlarla müqayisədə daha çoxdur. Bu da kişi müəllimlərin sayının artmasına müəyyən qədər mane olur. Əslində isə orta məktəb müəllimlərinin əməkhaqqı elə də aşağı deyil. Hətta bir çox hallarda onların maaşı ali məktəblərdə çalışan bəzi müəllimlərin əməkhaqqından daha yüksəkdir. Kənd yerlərində isə müəllimlər əsas işlərindən əlavə, vaxtları olduqda şəxsi təsərrüfatları ilə də məşğul ola bilirlər və bununla yanaşı, müəllimlikdən normal gəlir əldə edirlər".
Sosioloq bildirib ki, təəssüf ki, bütün bunlara baxmayaraq, kişi müəllimlərin sayı azdır:
"Burada təhsil sisteminin hansı addımları ata biləcəyi mühüm məsələdir. İlk növbədə, insanları məcbur etmək olmaz ki, müəllimlik ixtisasını seçsinlər və ya bu peşə ilə məşğul olsunlar. Bunun üçün müəyyən sosial stimullar yaradıla bilər. Məsələn, regionlarda çalışan və ailə qurmuş müəllimlərin mənzillə təmin olunması məsələsi gündəmə gətirilə bilər. Müəllimlərlə uzunmüddətli müqavilələrin bağlanması və ailə tərkibindən asılı olaraq onların daimi yaşayış yeri ilə təmin edilməsi müəllimlik peşəsinin kişilər üçün də daha cəlbedici olmasına kömək edə bilər. Gənc düşünə bilər ki, müəllimlik ixtisası üzrə təhsil aldıqdan və istər Bakıda, istərsə də regionda işlədikdən sonra yaşayış məsələsinin həlli ilə bağlı dövlət tərəfindən müəyyən təminat əldə edəcək. Bu kimi sosial imkanlar kişi müəllimlərin sayının artmasına təsir göstərə bilər. Digər tərəfdən, kişi müəllimlərin regionlarda işləmək istəməməsinin səbəblərindən biri də bəzi fənlər üzrə dərs saatlarının az olmasıdır. Əgər məktəblərdə kişi müəllimlərin sayı onsuz da azdırsa, müəyyən fənlər üzrə onların dərs yükünün artırılması imkanlarına da baxıla bilər".
Onun sözlərinə görə, bu kimi sosial və iqtisadi stimullar təhsil sistemində gender balansının müəyyən qədər nizamlanmasına və kişi müəllimlərin sayının artırılmasına müsbət təsir göstərə bilər.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya