Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq
Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64-65 km/san-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, Persey ulduzunun yaxınlığında yerləşir.
Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi "109P/Swift-Tuttle" kometası olduğu halda, sentyabr Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib.
Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometadan yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların kometa mənşəli olduğunu göstərib, lakin məlum kometalar arasında uyğun ana cisim aşkar edilməyib.
Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt sentyabrın 9-da gecə və xüsusilə gecəyarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə, demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.
Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"