Ekspress avtobuslar sərnişin tələbatını tam qarşılaya bilir? - AÇIQLAMA
Məlum olduğu kimi, metro xətlərinin ayrılması ilə əlaqədar 6 yeni ekspress avtobus marşrutu istifadəyə verilib, eyni zamanda 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb və intervallar azaldılıb.
Bəs, mövcud ekspress avtobuslar sərnişin tələbatını tam qarşılaya bilirmi və sıxlığın qarşısını almaq üçün əlavə avtobusların cəlb edilməsi və intervalların daha da azaldılması kimi tədbirlərə ehtiyac varmı?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, metronun daşıdığı sərnişin yükünü avtobuslar tam şəkildə qarşılaya bilməz.
"Hazırda müvafiq qurumlar əllərində olan resurslardan istifadə etməklə yaranmış problemi həll etməyə çalışırlar. Bu çərçivədə ekspres avtobuslar ideyası ortaya çıxıb və sərnişinlərin daşınmasında onlardan istifadə olunur. Hazırda ictimai nəqliyyatımız əsasən avtobus və metrodan ibarətdir. Avtobuslarda problem yarananda insanlar metroya, metroda problem olduqda isə avtobuslara yönəlirlər. Halbuki əvvəlki dövrlərdə tramvay və trolleybus kimi alternativ nəqliyyat vasitələri də mövcud idi. Əgər ictimai nəqliyyat vaxtında daha çox şaxələndirilsəydi, bu cür çətinliklərin qarşısını almaq daha asan olardı".
Ekspert bildirib ki, hazırda belə alternativlər yoxdur və sərnişin yükü əsasən iki nəqliyyat vasitəsinin üzərinə düşür:
"Mövcud resurs və imkanlardan istifadə etməklə yaranmış çətinliyi aradan qaldırmağa çalışmaq normaldır. Başqa alternativ yoxdursa, bu cür çıxış yollarından istifadə edilməlidir. Lakin sərnişin sıxlığının qarşısını almaq çətin olacaq. Çünki Bakıda həddindən artıq mərkəzləşmə var. Universitetlər, turizm obyektləri, müxtəlif tədbirlər, alış-veriş mərkəzləri və digər əsas məkanların böyük hissəsi Bakıda, xüsusilə də şəhər mərkəzində yerləşir. Ona görə də bu məsələ artıq yalnız nəqliyyatçıların problemi deyil. Bu, bütövlükdə şəhər infrastrukturunun problemidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 562 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrMəktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabrMəktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabr