Boşanmadan da aliment almaq MÜMKÜNDÜR - AÇIQLAMA

Boşanmadan da aliment almaq MÜMKÜNDÜR - AÇIQLAMAAilə münasibətlərində nikahın davam etməsi valideynlərin uşağın saxlanılması ilə bağlı öhdəliyini aradan qaldırmır. Valideynlərdən biri uşağın maddi təminatında iştirak etmədikdə, boşanma rəsmiləşdirilmədən də aliment tələb etmək mümkündür. Bunun üçün mütləq boşanma prosesinin başlanması tələb olunmur. Aliment tərəflərin razılaşması əsasında və ya məhkəmə qaydasında tutula bilər.

Bəs, boşanma rəsmiləşdirilmədən aliment tələb etmək hansı hallarda mümkündür, bunun üçün məhkəməyə necə müraciət edilməlidir və alimentin məbləği hansı meyarlar əsasında müəyyənləşdirilir?
Boşanmadan da aliment almaq MÜMKÜNDÜR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cvanşir Qasımzadə bildirib ki, nikahın pozulması ilə bağlı iddia qaldırmadan da aliment tələb etmək mümkündür.

"Nikahın pozulması və aliment tələbi adətən eyni iş çərçivəsində nəzərdən keçirilsə də, hüquqi baxımdan bunlar bir-birindən müstəqil tələblərdir. Şəxs nikahı pozmadan aliment almaq istəyirsə, bunun üçün ərazi aidiyyəti üzrə mediasiyaya müraciət edə bilər. Mediasiya prosesində tərəflər arasında razılaşma əldə olunmadığı halda, müvafiq arayışla məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qaydasında da nikah pozulmadan aliment tutulması mümkündür. Əgər sübut olunarsa ki, valideyn uşaqlarının saxlanılmasında iştirak etmir və onların təminatını həyata keçirmir, məhkəmə həmin şəxsdən uşaqların xeyrinə aliment tutulmasına qərar verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 624   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video

Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrind

7 sentyabr
.

Xaricdə oturub Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar: Tənqid adı altında milli maraqlara zərbə

Bu gün informasiya müharibələri artıq dövlətlərarası qarşıdurmaların ayrılmaz hissəsinə çevrilib. Müasir dünyada bir ölkəyə qarşı təzyiq yalnız siyasi, iqtisadi və diplomatik vasitələrlə deyil, informasiya platformaları, sosial şəbəkələr və beynəlxalq media üzərindən formalaşdırılan ictimai rəy vasitəsil

8 sentyabr
.

Küləkli hava 4 nəfəri xəstəxanalıq etdi

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiy

8 sentyabr
.

"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev

Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. xəbər verir ki, aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Allah üzümə baxdı, həkimə vaxtında gəldim

8 sentyabr
.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunç

8 sentyabr
.

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr

8 sentyabr
.

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağını

8 sentyabr
.

PISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?

"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir

8 sentyabr