Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMA

Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMABu yay Xəzər dənizində boğulma halları ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. FHN-in məlumatlarına görə, əsas risklər arasında qeyri-çimərlik ərazilərində və xilasedicilərin nəzarəti olmayan yerlərdə suya girmək, küləkli və dalğalı havada dənizə daxil olmaq, təhlükəsizlik qaydalarına əməl etməmək və uşaqların nəzarətsiz qalması göstərilir.

Bəsbu yay Xəzərdə boğulma hallarının artmasının əsas səbəbləri nələrdir və qeyri-çimərlik ərazilərində dənizə girmək, təhlükəsizlik qaydalarına əməl etməmək, eləcə də hava və dəniz şəraiti bu hadisələrə nə dərəcədə təsir göstərir?
Bu il dənizdə boğulma halları niyə çox oldu? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.

"Qarşısı alına biləcək səhvlər nəticəsində insanlar özlərini təhlükəli vəziyyətə salırlar. Dəniz istirahəti insanların ən çox üstünlük verdiyi istirahət növlərindən biri olsa da, bu gözəllik çox qısa zamanda və qəfil şəkildə insan həyatı üçün təhlükəyə çevrilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən suyun təhlükəli tərəfinin olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək bəzi insanlar üçün adi davranışa çevrilib. İnsanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Belə ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti fəaliyyət göstərir və hər hansı fövqəladə hadisə baş verdikdə çevik müdaxilə etmək mümkündür. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığından, hadisə zamanı insan həyatının xilas edilməsi çətinləşir".

Ekspert bildirib ki, nəzarət olunan çimərliklərdə suyun dərinliyi müəyyən edilir, insanların ayağına xəsarət yetirə biləcək daş, daş qırıntıları və qayalar təmizlənir:

"Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü də mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində çətin vəziyyətə düşə bilərlər. Bu istiqamətdə maarifləndirici və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir. İnsanlar yalnız "dalğa var, üzmək olmaz" kimi xəbərdarlıqları eşitməklə kifayətlənməməli, dalğaların insan orqanizminə təsirini, su axınına düşdükdə hansı təhlükələrin yarana biləcəyini və boğulma zamanı orqanizmdə baş verən prosesləri də bilməlidirlər. Çimərliklərdə qaydaların pozulmasına da daha ciddi yanaşılmalıdır. Qadağan olunmuş ərazilərdə çimmək və spirtli içki qəbul etdikdən sonra suya girmək kimi hallara qarşı həm ictimai qınaq, həm də qanunvericiliyə uyğun inzibati tədbirlər görülməlidir. Çünki faciələrin təkrarlanmasına səbəb olan əsas amillərdən biri insanların "mənə heç nə olmaz" düşüncəsidir. Bu yanaşmadan mümkün qədər uzaqlaşmaq lazımdır"

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1016   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29 oktyabr
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr