Estoniyada yeni prezident seçildi

Estoniyada yeni prezident seçildiEstoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanmaq yetərli sayılırdı.

O, parlamentdə təmsil olunan altı partiyadan dördünün əvvəlcədən əldə etdiyi razılaşma nəticəsində alternativsiz şəkildə bu posta layiq görülüb.

Madize bu vəzifədə beşillik səlahiyyət müddəti cari ilin oktyabr ayında bitən Alar Karisi əvəzləyəcək. Keçmiş prezident hələ iyun ayında yenidən namizəd olmayacağını bəyan etmişdi.

Madize 1974-cü ildə Estoniyada dünyaya gəlib. O, Tartu Universitetinin hüquq fakültəsinin məzunudur. Həmçinin Tartu və Tallin Texniki universitetlərində konstitusiya hüququ üzrə mühazirələr oxuyub. 2015-ci ildən etibarən ədliyyə kansleri vəzifəsini icra edib. O, hər hansı bir partiyaya mənsub olmayan, müstəqil siyasi xadim kimi tanınır.

Qeyd edək ki, Estoniyada prezident beş il müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz. Ölkə konstitusiyasına əsasən, Estoniya parlament respublikası olduğundan dövlət başçısının səlahiyyətləri əsasən rəsmi və nümayəndəlik funksiyaları ilə məhdudlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 269   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı

Yaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir. Qaynarinfo xəbər verir ki, Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyin

8 sentyabr
.

Alimlər ağ ayıların ilk dəfə nə vaxt peyda olduqlarını TAPDI

Araşdırmalara görə, qütb ayıları buzlaşma dövründə dəniz məməlilərini ovlamaq üçün donmuş okeana çıxan qonur ayılardan təkamül yolu ilə yaranıb. xəbər verir ki, indiyədək məlum olan ən qədim qütb ayısı fosilləri Şpitsbergen arxipelaqında və Norveçin şimalında tapılıb. Bu qalıqların yaşı 115-130 min i

6 sentyabr
.

Argentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək

Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe

6 sentyabr
.

Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib

Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind

6 sentyabr
.

FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu

6 sentyabr
.

Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı

Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il

7 sentyabr
.

Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını

6 sentyabr
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

7 sentyabr
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

8 sentyabr