Aİ Ermənistan üçün müvəqqəti ticarət güzəştlərini razılaşdırıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın Ermənistandan ixraca tətbiq etdiyi məhdudiyyətlərdən sonra ölkə iqtisadiyyatını dəstəkləmək məqsədilə Ermənistanla ticarətin liberallaşdırılması üzrə müvəqqəti tədbirləri razılaşdırıb.
"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi məlumata görə, güzəştlər Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 %-ni əhatə edəcək.
Razılaşdırılmış tədbirlər geniş çeşiddə mallar, o cümlədən tarif kvotaları çərçivəsində bəzi kənd təsərrüfatı məhsulları üçün idxal rüsumlarının müvəqqəti ləğvini nəzərdə tutur. Güzəştli rejim müvafiq reqlament qüvvəyə mindikdən sonra iki il müddətində qüvvədə olacaq.
Aİ-nin məlumatına görə, tətbiq ediləcək tədbirlər Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkiləri (təxminən 99 %), eləcə də içki və alkoqollu məhsulları (91 %-dən çox) əhatə edəcək. Brüssel bununla ölkə ixracatçılarına ticarət məhdudiyyətləri və tranzit marşrutlarının pozulmasından dəyən ziyanı kompensasiya etməyə kömək etməyi nəzərdə tutur.
"Avropa islahatlar və Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq yolunu seçmiş Ermənistanın və onun xalqının yanındadır", - İrlandiyanın xarici işlər və ticarət naziri Helen Makenti bildirib.
Avropa Parlamentinin sənədi sentyabr plenar sessiyasında təsdiqləyəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 198 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi
Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzz
6 sentyabrPakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
6 sentyabrNyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
6 sentyabr4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb
6 sentyabrFreddi Merkurinin külünün yeri 35 ildir sirrdir
Məşhur "Queen" qrupunun mərhum solisti Freddi Merkurinin yaxın dostu Meri Ostin müğənninin külünün haraya səpdiyimi 35 ildir sirr saxlayır. Axşam.az xəbər verir ki, o, bu barədə "The Guardian"a müsahibəsində danışıb. Meri bildirib ki, bu, Merkurinin ölümündən əvvəl ona etdiyi şəxs
6 sentyabr11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - VİDEO
ABŞ-də yaşayan Devyn Aiken burun əməliyyatından sonra həyatında mühüm qərar qəbul edib. xəbər verir ki, qadın estetik əməliyyat üçün 11 min dollar xərcləyib. Əməliyyatdan sonrakı bərpa prosesində isə həyatını və gələcək planlarını yenidən nəzərdən keçirib. Bu müddətdə problemlər yaşadığı evliliyini dava
6 sentyabr