Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı - Video

Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı - Videoİspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutada miqrant böhranından sonra ölkə daxilində hökumətə qarşı etirazlar güclənib.

"Qafqazinfo" xəbər verir ki, minlərlə insan şəhərin İspaniya suverenliyində qalmasını dəstəkləmək və hökumətin miqrasiya siyasətinə etiraz etmək üçün küçələrə çıxıb.

30-31 iyul tarixlərində Mərakeşdən Seutaya təxminən 70 min qeyri-qanuni miqrantın keçməyə çalışmasından sonra başlayan böhran ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Həmin hadisələr zamanı 88 miqrantın həyatını itirdiyi açıqlanıb.

Seutanın İspaniya suverenliyi altında olmasını qeyd etmək məqsədilə hər il sentyabrın 2-də keçirilən "Seuta Günü" bu il hökumətə qarşı nümayişlərlə yadda qalıb.

Bələdiyyələr Federasiyasının çağırışından sonra Madrid də daxil olmaqla, ölkənin böyük şəhərlərində aksiyalar keçirilib. Nümayişlər əsas müxalifət Xalq Partiyası (PP) və sağçı "Vox" tərəfindən dəstəklənib.

İspaniya bayraqları daşıyan nümayişçilər Seutadakı miqrant böhranının həllini tələb edib və "Hökumət istefa versin" şüarları səsləndiriblər.

PP lideri Alberto Nunes Feyxoo Baş nazir Pedro Sançesi ölkənin təhlükəsizliyini təmin etməməkdə və İspaniyanın ərazi bütövlüyünü müdafiə etməməkdə günahlandıraraq erkən seçkilər tələb edib.

O, Mərakeşi müdafiə edən açıqlamalar verdiyini bildirdiyi daxili işlər naziri Fernando Qrande-Marlaskanın da istefasını istəyib.

"Vox" lideri Santyaqo Abaskal isə Madriddə keçirilən nümayiş zamanı Sançesi sərt şəkildə tənqid edib və onu Mərakeş hakimiyyətinə xidmət etməkdə ittiham edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 238   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib. Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatlar

31 avqust
.

Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. "İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federa

30 avqust
.

Bu ölkədə etiraz etmək qadağan olundu

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi

3 sentyabr
.

Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib

Qazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib - yeni hökumətdə dörd yeni nazir təmsil olunur. "Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib. Xarici İşlər Nazirliyinə yenidə

3 sentyabr
.

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq

Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə

2 sentyabr
.

Putinlə görüşdən sonra MKİ rəhbəri hərəkətə keçdi: Üçtərəfli sammit təklifi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftənin əvvəlində Rusiyaya səfəri zamanı ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib. xəbər verir ki, bu barədə "Axios" portal

30 avqust
.

İrəvanda Ermənistan-Türkiyə biznes forumu keçiriləcək

Ermənistan və Türkiyənin biznes icmalarının iştirakı ilə iki günlük konfrans 3-4 sentyabr tarixlərində İrəvanda keçiriləcək. xəbər verir ki, konfrans Ermənistan Sənayeçiləri və İş Adamları Birliyi (UIBA) tərəfindən Aİ tərəfindən maliyyələşdirilən "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasın

2 sentyabr
.

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn "Keffi D" Devis təqsirli bilinib. Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə proses

2 sentyabr
.

Rusiya ordusu Sumıda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının bölmələri Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri Sumı vilayətində Velikiy Prikol və Sadki yaşayış məntəqələrin

30 avqust