Yol nişanını görməyən sürücü hüquqlarını necə qorumalıdır? - AÇIQLAMA
Yol nişanlarının sürücülər tərəfindən aydın görünməsi yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzi hallarda nişanlar ağac budaqları, reklam lövhələri və digər maneələr səbəbindən sürücü tərəfindən vaxtında görünməyə bilər. Belə vəziyyətlərdə sürücünün məsuliyyəti və öz hüquqlarını müdafiə etmək imkanları sual doğurur.
Bəs, sürücü yol nişanını görmədiyi və ya nişan müxtəlif maneələr səbəbindən görünmədiyi halda onun tələbinin pozulmasına görə cərimələnə bilərmi və belə hallarda sürücü haqsız cərimələnməni sübut etmək üçün hansı foto, video və digər sübutları təqdim edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, yol hərəkəti qaydalarına əsasən, yol nişanları sürücülər və piyadalar tərəfindən aydın görünəcək vəziyyətdə olmalıdır:
"Dövlət orqanları da nişanların görünüşünə mane olan halların aradan qaldırılmasını təmin etməlidirlər. Əgər yol nişanı reklam lövhəsi, ağac və ya digər hər hansı maneə səbəbindən görünmürsə, həmin nişanın tələbinin pozulmasına görə şəxsin məsuliyyətə cəlb edilməsi məsələsində onun təqsiri əsas götürülməlidir. Həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi üzrə yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin yaranmasında şəxsin təqsirli olması mühüm meyardır".
Vəkil bildirib ki, əgər sürücü yol nişanını görmək imkanına malik olmayıbsa, bu hal onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi baxımından nəzərə alına bilər:
"Lakin sürücünün sadəcə "nişanı görməmişəm" deməsi kifayət deyil. O, nişanın obyektiv olaraq görünmədiyini, həmin şəraitdə nəinki özünün, ümumiyyətlə, başqa şəxsin də nişanı görə bilməyəcəyini sübut etməlidir. Bunun üçün video görüntülərindən, şahid ifadələrindən, ekspertiza rəyindən və digər sübutlardan istifadə oluna bilər. Yəni məsuliyyətdən azad olunmaq üçün nişanın görünmədiyini əsaslandıran və sübut edən hallar ortaya qoyulmalıdır. Əgər bu hal təsdiqini taparsa, şəxsin həmin qayda pozuntusuna görə təqsiri və müvafiq olaraq məsuliyyəti yaranmaya bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya