Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.
"Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib.
Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan "Khazar" markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.
Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.
Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 584 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29 oktyabr"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabr