Mina təhlükəsi DAVAM EDİR: Nə zaman bitəcək?

Mina təhlükəsi DAVAM EDİR: Nə zaman bitəcək?Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatlar hələ də ciddi təhlükə olaraq qalır. Ərazilərin təmizlənməsi böyük həcmli və uzunmüddətli prosesdir və işlərin sürəti ərazinin ölçüsü, mina və sursatların sıxlığı, relyef, hava şəraiti və istifadə olunan texnologiyalardan asılıdır.

Bəs, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin tam aradan qaldırılması təxminən nə qədər vaxt tələb edə bilər, bu prosesin sürətinə hansı amillər təsir edir və təhlükənin tam bitməsi üçün daha hansı əsas işlərin görülməsinə ehtiyac var?
Mina təhlükəsi DAVAM EDİR: Nə zaman bitəcək?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin tam aradan qaldırılması illər tələb edəcək.

"Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mütəxəssisləri bu istiqamətdə fəaliyyət göstərsələr də, həmin ərazilərdə illər ərzində partlamamış sursatların, piyadalar və tank əleyhinə minaların mövcudluğu təhlükə olaraq qalacaq. Bunun əsas səbəblərindən biri ərazilərin uzun illər ərzində mina və digər partlayıcılarla çirkləndirilməsidir. Tarixi təcrübə də göstərir ki, hərbi əməliyyatların və hərbi hissələrin yerləşdiyi ərazilərdə partlayıcı qurğuların təhlükəsi uzun müddət davam edə bilər. Məsələn, keçmiş SSRİ dövründə hərbi hissələrin poliqonlarında, eləcə də 1941-1945-ci illərdə döyüşlərin getdiyi ərazilərdə bu gün də müxtəlif bombalar, partlayıcı maddələr və aviasiya bombaları aşkarlanır".

Ekspert bildirib ki, işğaldan azad edilmiş ərazilərdə basdırılmış minalarla bağlı məlumatların uzun illər Azərbaycan tərəfinə təqdim edilməməsi də minatəmizləmə prosesini çətinləşdirən amillərdəndir:

"Təqdim olunan bəzi məlumat və formulyarların isə reallığı tam əks etdirmədiyi bildirilir. Bir sıra minalar və partlayıcı qurğular barədə isə ümumiyyətlə məlumat verilməyib. Buna görə də ərazilərin minalardan təmizlənməsi həm vaxt aparan, həm də uzunmüddətli prosesdir. Hazırda işğaldan azad edilmiş ərazilərə köçürülən insanlara da təhlükəsizlik qaydaları izah edilir. Onlara mina, partlayıcı maddə və sursatlardan qorunma yolları barədə məlumat verilir. Bu ərazilərdə yaşayan və ya həmin ərazilərə səfər edən insanlar xüsusilə diqqətli və ehtiyatlı olmalıdırlar".

Onun sözlərinə görə, mina təhlükəsinin azaldılmasında əhalinin maarifləndirilməsi də mühüm rol oynayır:

"Dövlət və özəl televiziya kanallarında, eləcə də mətbuatda mina təhlükəsi ilə bağlı davamlı məlumatlandırma aparılmalıdır. İnsanlar müəyyən müddətdən sonra xəbərdarlıqları unuda bilirlər. Halbuki təhlükənin miqyası nəzərə alınaraq bu məsələ daim gündəmdə saxlanılmalıdır. Minalardan təmizləmə prosesində vətəndaşların da üzərinə mühüm məsuliyyət düşür. İnsanlar ərazidə hər hansı partlamamış sursat və ya şübhəli əşya gördükdə ona yaxınlaşmamalı, əşyaya toxunmamalı və dərhal ANAMA-ya, polisə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər".

Ekspert qeyd edib ki, eyni zamanda, minatəmizləmə işlərinə kifayət qədər vəsait ayrılmalıdır:

"Xaricdən mütəxəssislərin cəlb edilməsi, müasir avadanlıqların alınması və ərazilərin mümkün qədər geniş şəkildə yoxlanılması vacibdir. Təəssüf ki, uzun illər davam edən mina çirklənməsinin nəticələri qısa müddətdə aradan qalxmayacaq. Bu təhlükənin təsirləri uzun illər ərzində müxtəlif formalarda özünü göstərə bilər. Ona görə də minatəmizləmə işləri ilə yanaşı, əhalinin təhlükəsizlik qaydaları barədə davamlı maarifləndirilməsi də diqqətdə saxlanılmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 918   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur

Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən

29 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr