Xəzər dənizi neft ləkələrindən TƏMİZLƏNİR - AÇIQLAMA
Xəzər dənizində neftlə çirklənmə həm suyun keyfiyyətinə, həm də dəniz canlılarının yaşayış mühitinə mənfi təsir göstərə bilər. Səthdə yaranan neft ləkələrinin vaxtında təmizlənməsi çirklənmənin yayılmasının qarşısını almaq baxımından vacib olsa da, bu, ekosistemə dəymiş zərərin tam aradan qaldırılması üçün kifayət etməyə bilər.
Bəs, Xəzər dənizində neft ləkələrinin təmizlənməsi ekosistemə və dəniz canlılarına dəyən zərərin aradan qaldırılmasına nə dərəcədə kömək edir və belə çirklənmələrin qarşısını almaq üçün uzunmüddətli hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Dənizkənarı Bulvarda aparılan təmizləmə işləri uzun illər ərzində neft hasilatı və neft çirklənməsi nəticəsində daşların üzərində yaranmış çirklənmənin aradan qaldırılmasına yönəlib:
"Daşların yuyulması və daha sonra çirklənmiş materialların toplanması yaxşı təşəbbüsdür. Lakin düşünürəm ki, bunun bütövlükdə Xəzər dənizinin təmizlənməsinə təsiri böyük deyil. Çünki söhbət kiçik bir ərazidə aparılan təmizlik işlərindən gedir. Xəzər dənizi uzun illər ərzində neft hasilatı səbəbindən ciddi çirklənməyə məruz qalıb. Neftin bütün komponentləri uzun müddət suyun səthində qalmır. Onun ağır karbohidrogen birləşmələri, naftenlər və digər hissəciklər dənizin dibinə çökür. Yüngül komponentlər isə günəşin təsiri ilə buxarlanaraq atmosferə keçir, digər hissələr dalğaların təsiri ilə sahilə doğru yönəlir".
Ekoloq bildirib ki, dənizin dibinə çökən ağır hissəciklər uzun müddət ərzində bioresurslara və bioloji müxtəlifliyə, o cümlədən fauna sisteminə mənfi təsir göstərə bilər:
"Xəzərdə planktonlar, yosunlar və digər kiçik orqanizmlər yaşayır və çirklənmə onların inkişafına və yaşamına ciddi təsir edən amillərdən biridir. Buna baxmayaraq, Bulvar ərazisində aparılan təmizləmə işləri müsbət təşəbbüsdür. İnsanlar dəniz kənarına təmiz hava almaq üçün gəlirlər. Lakin təəssüf ki, Bakı Bulvarında uzun illər ərzində formalaşmış neft və məişət çirklənməsi səbəbindən bunu tam hiss etmək mümkün deyil. Hazırda dəniz səviyyəsinin təxminən 1,5 metr geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan bəzi çirklənmiş ərazilər də üzə çıxıb. Həmin sahələrdə təmizləmə işlərinin aparılması müsbət haldır".
Onun sözlərinə görə, daşların üzərinə hopmuş neft çirklənməsinin adi su ilə yuyulması effektiv olmaya bilər:
"Daha səmərəli təmizləmə üçün suyun temperaturunun yüksəldilməsi və müvafiq qurğu və aqreqatlardan istifadə edilməsi məqsədəuyğun olardı. Suyun təxminən 60-70 dərəcə Selsiyə qədər qızdırılması neftin daşlardan daha effektiv şəkildə təmizlənməsinə imkan verə bilər. Adi su isə daşların üzərində uzun müddət qalmış və hopmuş neft ləkələrinin tam təmizlənməsi üçün kifayət qədər effektiv olmaya bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya