"Survivor"da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi
"Survivor Yunanıstan" yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında qayıq qəzası nəticəsində sol ayağını itirdikdən sonra Acun Ilıcalı və onun şirkəti "AcunMedya", eləcə də, yayımçı SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb.
"Qafqazinfo" xəbər verir ki, "Survivor Yunanıstan"ın 13-cü mövsümündə iştirak edən 22 yaşlı Florosun sözlərinə görə, qəza Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında açıq dənizdə balıq ovu zamanı qeydə alınıb.
O, tur qayığının pərvanəsinə ilişərək ağır xəsarət alıb və sol ayağını itirib.
Floros qaldırdığı iddiada proqramın prodüserlərini kobud səhlənkarlıqda ittiham edib.
İştirakçı yarışma formatının açıq dənizdə balıq ovunu tələb etdiyini, lakin turistlərin çox olduğu sularda lazımi təhlükəsizlik tədbirləri görülmədən dənizə göndərildiyini iddia edib.
Onun iddiasına görə, hadisə zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan sahələr və xəbərdarlıq nişanları olmayıb. Floros həmçinin həmin sularda daha əvvəl də qəzaların baş verdiyini və ölüm hadisəsinin qeydə alındığını bildirib.
May ayında baş verdiyi bildirilən qəza zamanı Florosun sol ayağı qayığın pərvanəsinin zərbəsi nəticəsində kəsilib. Onun sözlərinə görə, əza sudan çıxarılmayıb.
Floros qanaxmanın qarşısının alınmasına qayıqdakı başqa bir sərnişinin tətbiq etdiyi turniket sayəsində nail olunduğunu bildirib. Daha sonra o, təcili tibbi yardım üçün Mayamidəki xəstəxanaya aparılıb.
İki ay xəstəxanada müalicə alan Floros sol ayağının amputasiyası ilə yanaşı, ağır xəsarət alan sağ ayağının bərpası üçün də çoxsaylı əməliyyatlar keçirib.
İddiada tələb olunan 100 milyon dollardan artıq təzminatın fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi də daxil olmaqla müxtəlif zərərləri əhatə etdiyi bildirilir.
İddiada adı çəkilən "AcunMedya" qəzanın çəkiliş zamanı, yarış iştirakçısının nizə ilə balıq tutduğu vaxt baş verdiyini, lakin hadisənin yarış prosesindən kənarda olduğunu bildirib.
Şirkət yaralı iştirakçıya dərhal tibbi yardım göstərildiyini və onun təhlükəsiz şəkildə xəstəxanaya çatdırıldığını açıqlayıb. Liman rəhbərliyinin isə qəzanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardığı qeyd olunub.
Hadisədən sonra "Survivor Yunanıstan"ın yayımını dayandıran SKAI TV istehsal prosesinin tamamilə "AcunMedya"nın nəzarəti və məsuliyyəti altında olduğunu bildirib. Kanal Florosun sağlamlıq vəziyyətini yaxından izlədiyini, onun müalicəsi və reabilitasiyası üçün bütün mümkün dəstəyi göstərəcəyini açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)
Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?
İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Qaynananız sizə bu 6 hədiyyəni versə, götürməyin
Dənizdə boğulma təhlükəsi keçirən müəllim 8 gün sonra həyatını itirdi
Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur
Arda Gülerə bənzərliyi ilə tanınan Kübranur Akkurt peşə fəaliyyətinə başlayıb
İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq