Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edibQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub.

Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsində strateji təşəbbüsləri hazırlayacaq və dövlət başçısına təqdim edəcək.

Prezidentin tapşırığı ilə vitse-prezident Qurultay, hökumət, dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə onu təmsil edə biləcək.

Vitse-prezident həmçinin beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun fəaliyyətinə nəzarət edəcək. Bundan əlavə, o, sərəncamlar vermək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar vermək, lazımi sənədləri tələb etmək və qurumlararası işçi qrupları yaratmaq hüququ əldə edib.

Vitse-prezidentin fəaliyyətinin təmin edilməsi Qazaxıstan Prezidentinin Administrasiyasına həvalə olunub.

Qazaxıstanda 2026-cı il iyulun 1-də yeni Konstitusiya qüvvəyə minib. O, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin təsis olunmasını nəzərdə tutur. Avqustun sonunda Yerlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 138   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır: Nə baş verir?

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5 milyard dollar olan "JDAM-ER" artırılmış uzaqmənzilli yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məluma

5 sentyabr
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

5 sentyabr
.

Oman İranla Hörmüz boğazı müqaviləsindən çəkildi

"New York Post" qəzetinin Yaxın Şərq üzrə yüksək vəzifəli məmuruna istinadən verdiyi məlumata görə, Oman İranla Hörmüz boğazı ilə bağlı razılaşmadan çıxıb. xəbər verir ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl Omanla Hörmüz boğazından müvəqqəti gəmiçilik dəhlizinin yaradılması və marşrutu

4 sentyabr
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

4 sentyabr
.

ABŞ xarici dövlət qulluqçularının övladları üçün vətəndaşlıq qaydalarını sərtləşdirir

Vaşinqton rəhbərliyi xarici dövlət qulluqçularının övladlarına doğum faktına əsasən ABŞ vətəndaşlığının verilməsi prosesinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilmiş ABŞ Milli Təhlükəsizlik Xidmətini

5 sentyabr
.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

5 sentyabr
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

5 sentyabr
.

"Survivor"da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi

"Survivor Yunanıstan" yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında qayıq qəzası nəticəsində sol ayağını itirdikdən sonra Acun Ilıcalı və onun şirkəti "AcunMedya", eləcə də, yayımçı SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb. "Qafqazinfo"

5 sentyabr
.

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq

Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM

6 sentyabr