Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlibRusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.

"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl S.Uitkoff və C.Kuşnerin Ukraynadakı münaqişənin həllinə dair Rusiya rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün bu gün Moskvaya getdiyi bildirilmişdi. Sabah ABŞ nümayəndə heyəti Kiyevdə Ukrayna rəhbərliyi ilə də danışıqlar aparmağı planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideya yaranıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 175   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Türkiyə bankını İranla bağlı sanksiyalar siyahısına əlavə etdi

Türkiyənin Golden Global Bankı və onun törəmə şirkətləri ABŞ-ın İrana qarşı sanksiyalar siyahısına daxil edilib. xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında təqdim edilib. Bankın Türkiyədə də fəaliyyət göstərən iki filialı da məhdudiyyətlər altın

5 sentyabr
.

Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi i

6 sentyabr
.

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla

6 sentyabr
.

Husilərin Yəmənin Taiz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb

Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Yəmənin "Saba TV" dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb

5 sentyabr
.

Polşada əlavə bir zenit-raket alayı yaradılıb

Polşanın milli müdafiə naziri Vladislav Kosyniak-Kamış ölkənin cənubunda əlavə hava hücumundan müdafiə alayı yaratdığını açıqladı. xəbər verir ki, Kosyniak-Kamış X platformasında yazıb: "Bu səhər 87-ci Zenit Alayının yaradılması haqqında müqavilə imzalamaq qərarına gəldim. 87-ci Zenit Alayı Brzeskod

5 sentyabr
.

Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb

ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina

6 sentyabr
.

Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd

5 sentyabr
.

Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır: Nə baş verir?

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5 milyard dollar olan "JDAM-ER" artırılmış uzaqmənzilli yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məluma

5 sentyabr
.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

5 sentyabr