Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır: Nə baş verir?
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5 milyard dollar olan "JDAM-ER" artırılmış uzaqmənzilli yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışına razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, satışın təxmini ümumi dəyəri 5 milyard dollar təşkil edir. Məlumata görə Ər-Riyad tərəfi 10 mindən çox aviabomba və bir o qədər də "JDAM" tuşlama komplekti tələb edib. Tədarük paketinə 500 funt (təqribən 227 kq) ağırlığında 5004 bomba və 2000 funt (təqribən 907 kq) ağırlığında 5 min bomba, o cümlədən 5004 ədəd KMU-572 və 5 min ədəd KMU-556 tuşlama komplektləri daxil edilib.
Saziş üzrə əsas podratçı qismində "Boeing" korporasiyası çıxış edəcək. Dövlət Departamentindən bildirilib ki, bu təchizat Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini gücləndirməyə və regional təhdidlərə qarşı mübarizə imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Qətər, İsrail, BƏƏ və Küveytə ümumi məbləği 8.6 milyard dollardan çox olan silah satışını da təsdiqləyib. Ən böyük paket 4 milyard dollar dəyərində olmaqla Qətər üçün nəzərdə tutulub. Bu paketə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-2 və PAC-3 raketi, ehtiyat hissələri, köməkçi avadanlıqlar və texniki xidmətlər daxil idi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 167 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
5 sentyabrTürkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi i
6 sentyabrİstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili
4 sentyabrABŞ Türkiyə bankını İranla bağlı sanksiyalar siyahısına əlavə etdi
Türkiyənin Golden Global Bankı və onun törəmə şirkətləri ABŞ-ın İrana qarşı sanksiyalar siyahısına daxil edilib. xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında təqdim edilib. Bankın Türkiyədə də fəaliyyət göstərən iki filialı da məhdudiyyətlər altın
5 sentyabrKremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb
Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd
5 sentyabr