Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilmişdi.
O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" fakültəsini "İqtisadi kibernetika" ixtisası üzrə bitirib.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində "İdarəetmənin informasiya texnologiyası" üzrə magistratura pilləsini bitirib.
2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.
2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC" şirkətində məsləhətçi vəzifəsində çalışıb.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
Ailəlidir, 1 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 5 oktyabra olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7 114.36 manat,1 qram - 228.73 manat, 99 əyyar (Təmiz) - 228.73 manat, 750 əyyar (İtalyan) - 171.72 manat, 585 əyyar (Türk) - 133.94 manat, 582 əyyar (Rus) - 133.26 manat təşkil edir
5 oktyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur. 9 ay ərzində quru
15 oktyabrNaxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 870 manat təşkil edib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Xatırladaq ki,
13 oktyabrAzərbaycanda sentyabrda 179,5 min nəfər yaşa görə aylıq sosial müavinət alıb
Bu ilin sentyabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 179 525 nəfər olub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 40,4 %-ni kişilər, 59,6 %-ni isə qadınlar təşkil edi
6 oktyabrBakı Limanında konteyner daşımaları 30 % artıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 00 TEU həcmində konteyner daşınması həyata keçirilib. xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30
14 oktyabrQızılın qiymətində yeni göstəricilər
Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9
8 oktyabr