Ukrayna dronları Dağıstan dəniz limanına zərbə endirib
Dağıstan Respublikanın icraçı rəhbəri Fyodor Şukinin sözlərinə görə, Ukrayna dronları Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib.
Dronlardan düşən qırıntılar nəticəsində dəniz limanında və Həmzət Tsadasa Avar Musiqi və Dram Teatrında yanğınlar baş verib.
Sonxeber.az xəbər verir ki, Şukin özünün Telegram kanalında yazıb: "Yanğınlar tez bir zamanda söndürülüb, qurban və ya xəsarət alan olmayıb". Eyni zamanda, o, yerli sakinləri hücumdan sonrakı foto və videoları yayımlamamağa çağırıb.
Mahaçqala dəniz ticarət limanı Rusiyanın Xəzər dənizindəki yeganə dərin sulu və buzsuz limanıdır. Burada 10 min tona qədər yükgötürmə qabiliyyətinə malik tankerlər üçün beş ixtisaslaşdırılmış körpü ilə təchiz olunmuş neft limanı var. Limanın ixrac gücü ildə 7,9 milyon tona qədər neft və neft məhsullarıdır. Bitişik ərazidə Bakı-Novorossiysk əsas neft kəmərinə qoşulmuş neft anbarı var. Bundan əvvəl Ukrayna dronları 24 avqustda Dağıstana hücum etmişdi. Həmin vaxt Şimali Qafqazdakı Ozon bazarının ən böyük anbarı vurulmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 519 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr