Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"
"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və əhalinin təhlükəsiz qayıdışına mane olmaqda davam edir.
H.Hacıyevin sözlərinə görə, ötən gün növbəti mina insidenti baş verib, Xankəndiyə gedən yolda isə dinc sakinin xəsarət alması ilə nəticələnən daha bir bənzər hadisə barədə məlumat daxil olub:
"Bu, bərpa və yenidənqurma üzrə səylərimizə mane olur, lakin belə hallar keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək əzmimizi sarsıda bilməz".
Prezidentin köməkçisi bildirib ki, indiyədək Qarabağa 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb və onların sayı artmaqda davam edəcək. Eyni zamanda 2020-ci ildən bəri 45-dən çox yaşayış məntəqəsi bərpa edilib və yenidən qurulub.
Onun sözlərinə görə, hazırda Qarabağda 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır.
H.Hacıyev bunu Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübə adlandırıb.
O əlavə edib ki, bu ilin may ayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu sahədə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin, eləcə də təcrübə və bilik mübadiləsinin vacibliyini bir daha nümayiş etdirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 232 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Böyük zəfərlərlə zəngin 23 il
2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi. Keçən 2
12 oktyabrAzərbaycan-Kamboca əməkdaşlığında yeni iqtisadi imkanlar
2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir. Rəsmi səfər çərçivəsində keçirilə
13 oktyabrAzərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati
13 oktyabrLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlha
13 oktyabrAzərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
13 oktyabrLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabr