Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 3-də Helsinkidə yerləşən özəl klinikada baş verib. Estetik prosedurdan əvvəl anesteziya zamanı huşunu itirən Oras daha sonra Helsinki Universitet Xəstəxanasına aparılıb. Lakin 27 yaşlı influencer burada dünyasını dəyişib.
Hadisədən sonra Orasın ailəsi polisə müraciət edib. Helsinki Polisi sentyabrın 9-da hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Hazırda istintaqın ilkin mərhələdə olduğu və hadisənin ağır səhlənkarlıq nəticəsində ölümə səbəb olma şübhəsi ilə araşdırıldığı bildirilib. Polis hələlik əlavə təfərrüat açıqlamayıb.
Olivia Oras sosial media hesabını 14 yaşında açaraq Finlandiyada tanınmağa başlayıb. O, 2016-cı ildə həyatından və sosial media ilə münasibətindən bəhs edən "The Perfect Selfie" adlı sənədli filmdə də yer alıb.
Sənədli filmdən sonra yaşadığı narahatlıqlar səbəbilə sosial media hesablarını bağlayan Oras 2017-ci ildə Amsterdam şəhərinə köçüb. Daha sonra Helsinkiyə qayıdan influencer həyatının çətin dövrlərindən birində asılılıqla bağlı müalicə də alıb.
Oras son illərdə sosial media fəaliyyətindən əlavə, ictimai və sosial layihələrə də diqqət yetirib. Atasına ağciyər fibrozisi diaqnozu qoyulmasından sonra ağciyər xəstəlikləri üzrə tədqiqatları dəstəkləmək məqsədilə Respiratus Ry adlı qeyri-kommersiya təşkilatı yaradıb. O, həmçinin texnologiya və sağlamlıq sektorunda fəaliyyət göstərən müxtəlif təşəbbüslərdə rəhbər vəzifələr tutub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 805 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabr