Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi

Planetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdiAlimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbari nümunəsindən məlumat var idi. Məhz həmin nümunə təbiətdə qorunub qalmış populyasiyanın axtarışları üçün başlanğıc nöqtəsi olub.

Qaynarinfo "Scitechdaily" saytına istinadən xəbər verir ki, hər şey 1998-ci ildə alimlərin adanın şimalındakı əraziləri araşdırmağa başlaması ilə başlayıb. Yalnız 2007-ci ilə qədər onlar bu bitkinin sağ qalmış cəmi 6 kolunu aşkarlaya biliblər. Bitkilər Darvin vulkanının gənc lava axınları arasında dar yarıqlarda bitirdi.

Qalan bitkiləri vəhşiləşmiş keçilər və adaya gətirilmiş digər heyvanlar yeyib. Bundan əlavə, Qalapaqos qalveziyasının quraqlığa qarşı son dərəcə həssas olduğu məlum olub.

Növü xilas etmək üçün alimlər bitkini tingliklərdə yetişdirmək, daha sonra isə təbiətə köçürmək qərarına gəliblər.

2017-2024-cü illər arasında tədqiqatçılar İzabela adasının lava ilə örtülü ərazilərində tingliklərdə yetişdirilmiş 94 kol əkiblər.

Əsas problemlərdən biri su çatışmazlığı olub. Gənc bitkilərin yeni mühitə uyğunlaşmasına kömək etmək üçün alimlər nəmi qoruyub saxlamaq məqsədilə xüsusi qurğulardan istifadə ediblər.

Bitki tarixi məkanına qaytarılıb

Mühüm mərhələ 2024-cü ildə baş verib. Həmin vaxt mütəxəssislər Qalapaqos qalveziyasını Kaleta-Taqus körfəzində yenidən əkiblər. Məhz 1962-ci ildə bitkinin o vaxtadək məlum olan yeganə herbari nümunəsi burada tapılmışdı.

60 ildən çox vaxt keçdikdən sonra bitki tarixi məkanında yenidən çiçək açıb. Hazırda burada 8 nümunə böyüyür.

Ümumilikdə, bərpa işlərinin aparıldığı iki ərazidə 28 yetkin bitkinin yetişməsinə nail olunub: 20-si Playa-Tortuqa-Neqra çimərliyində, daha 8-i isə Kaleta-Taqus körfəzindədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 500   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr