Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə töhfə verir - AÇIQLAMA

Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə töhfə verir - AÇIQLAMA"Azərbaycanın Qarabağ bölgəsinə, xüsusilə Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərə səfərlərin mümkün olması və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfər etməsi iki mühüm məna daşıyır".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, birincisi, hansı ölkələrin səfirlik nümayəndələrinin həmin ərazilərə səfər etməsi özü müəyyən mesajdır:

"Diplomatik nümayəndələrin öz ölkələrindən razılıq almadan belə səfərlər etməsi mümkün deyil. Bu baxımdan, onların Qarabağ bölgəsinə səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətin göstəricisi kimi qiymətləndirilə bilər.
İkinci məsələ isə bəzi ölkələrin Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd, Şuşa və digər ərazilərinə qarşı əvvəlki qərəzli mövqelərə münasibət olaraq yeni mövqe nümayiş etdirməsidir. Bu səfərlər Azərbaycanın ərazi bütövlüyünün tanınması və ölkəyə dəstəyin ifadəsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, bu, Azərbaycan dövlətinin belə məsələlərdə təşəbbüskar mövqe nümayiş etdirdiyini göstərən addımlardan biri kimi qiymətləndirilə bilər".

Ekspert bildirib ki, bu, müsbət haldır və belə səfərlərin həyata keçirilməsi beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə töhfə verir:

"İstər hər hansı müəssisənin açılışında, istərsə də digər tədbirlərdə diplomatik nümayəndələrin iştirakı mahiyyət etibarilə Azərbaycanın dövlət maraqlarına xidmət edən addım kimi qiymətləndirilə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 794   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib

Dövlətimizin başçısı İlham Əliyev 23 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfində

12 oktyabr
.

İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kamboca Krallığının Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. bununla bağlı AZƏRTAC məlumat yayıb

12 oktyabr
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

12 oktyabr
.

Böyük zəfərlərlə zəngin 23 il

2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi. Keçən 2

12 oktyabr
.

İlham Əliyev: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

"Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumlar

12 oktyabr
.

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin bildirib

13 oktyabr
.

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib

2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti il

12 oktyabr
.

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlha

13 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr