ABŞ-də 11 sentyabr terroru: 25 ildən sonra gözardı edilən hansı məqamlar araşdırılacaq?

ABŞ-də 11 sentyabr terroru: 25 ildən sonra gözardı edilən hansı məqamlar araşdırılacaq?ABŞ-də 11 sentyabr 2001-ci il terror aktının üzərindən 25 il keçib, lakin hücumların sağlamlığa təsirləri hələ də tam olaraq araşdırılmayıb. Dünya Ticarət Mərkəzinin yaxınlığında yaşayan və ya məktəbə gedən təxminən 25 000 uşaq hücumlardan sonra yaranan zəhərli toz buluduna məruz qalıb. O dövrdə hərtərəfli tədqiqatlardan kənarda qalan "11 sentyabr uşaqları" illər sonra xərçəngdən ürək-damar xəstəliklərinə qədər uzunmüddətli sağlamlıq problemləri ilə bağlı genişmiqyaslı araşdırmaya daxil ediləcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri yazıb.

11 sentyabr 2001-ci ildə qaçırılan təyyarələr Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıldıqdan sonra Aşağı Manhetteni böyük bir toz və tüstü buludu bürüyüb. O dövrdə ərazidə təxminən 25 000 uşaq yaşayırdı və ya məktəbə gedirdi. Bunların arasında körpə uşaqlar və hücum zamanı hələ ana bətnində olanlar da var idi. Əkiz qüllələrin çökməsindən sonra havaya yayılan tozun tərkibində toz halına salınmış beton, şüşə lif, asbest və müxtəlif çirkləndiricilər var idi.

Hücumdan sonra uşaqlar günlər və həftələr ərzində bu maddələrə məruz qalsalar da, hökumət tərəfindən maliyyələşdirilən uzunmüddətli sağlamlıq tədqiqatları əsasən ilk müdaxilə edənlər qrupları və böyükləri əhatə edirdi.

Buna görə də hücum zamanı uşaq olanların sonrakı yaşlarında üzləşə biləcəkləri sağlamlıq problemləri ilə bağlı əhəmiyyətli elmi məlumat boşluğu ortaya çıxıb.

Hazırda uşaq yaşda hücuma məruz qalanların bəziləri 30-40 yaşlarındadırlar.

Alimlərin fikrincə, xüsusilə xərçəng, ürək-damar xəstəlikləri və reproduktiv sağlamlıq problemləri kimi illər sonra ortaya çıxa biləcək xəstəliklərin 11 sentyabrdakı zəhərli maddələrə məruz qalma ilə əlaqəsinin olub-olmadığı araşdırılmalıdır.

Tədqiqata hücum zamanı 21 yaşında və ya daha kiçik olan, ya da ana bətnində olan və Manhettenin 14-cü küçəsinin cənubunda və ya Bruklində yaşayan şəxslər daxil ediləcəklər. Nəticələrin qarşılaşdırılması məqsədilə hücumun təsirlərinə məruz qalmayan oxşar yaş qruplarından olan şəxslər də araşdırılacaq.

Qeyd edilir ki, 11 sentyabr hadisələrinin sağlamlığa təsiri yalnız hücum zamanı uşaq olanlarla məhdudlaşmır. Ümumdünya Ticarət Mərkəzinin Səhiyyə Proqramı hazırda hücum zonasında olan, xilasetmə və dağıntıların təmizlənməsi işlərində iştirak edən 150 000-dən çox insana səhiyyə xidmətləri göstərir. Proqram çərçivəsində Dünya Ticarət Mərkəzi ilə əlaqəli təxminən 85 000 sağlamlıq problemi sertifikatlaşdırılır ki, bunların təxminən 30 faizinin xərçənglə əlaqəli olduğu bildirilir. Proqram tərəfindən izlənilən 9000-dən çox insan da 11 sentyabr hadisələrindən bəri vəfat edib və səlahiyyətlilər, hücumun bütün bu ölümlərdə nə dərəcədə rol oynadığını müəyyən etməyin mümkün olmadığını vurğulayırlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 372   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr