Dəhşətli bir qış gəlir - Havalar...
"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq".
Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünün necə keçəcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, dəqiq proqnoz vermək çətindir:
"Ancaq bir məsələ var ki, qlobal istiləşmə ilə yanaşı, digər amillər də mövcuddur. Bu amillər qlobal istiləşmənin nəticələrini həm artıra, həm də azalda bilər.
Bu baxımdan El Nino hadisəsini qeyd etmək olar. Bütün dünyanın proqnoz mərkəzlərinin və Ümumdünya Meteorologiya Təşkilatının ölçmələrinə görə, El Nino-nun intensivliyi artır.
El Nino nə deməkdir? Bu, ekvatorial Sakit okeanın mərkəzi hissəsi ilə onun şərq hissəsi, yəni Cənubi Amerika sahilləri arasında həm təzyiq fərqinə, həm də temperatur göstəricilərinə əsaslanan bir hadisədir. Yəni Cənubi Amerika sahillərində ekvatorial Sakit okeanın temperaturu ilə onun mərkəzi hissəsindəki temperatur arasındakı fərq nəzərə alınır. Hazırda bu temperatur fərqi getdikcə artır və nəticədə El Nino indeksində də artım müşahidə olunur.
Bu isə onu göstərir ki, yaxın dövrdə, həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq. Bu vəziyyət müxtəlif ərazilərdə fərqli şəkildə özünü göstərə bilər. Məsələn, yay aylarında Avropada çox güclü istilər müşahidə olundu. Lakin mən deyərdim ki, Azərbaycanda bu təsir özünü o qədər də qabarıq şəkildə göstərmədi.
Nəyə görə? Çünki temperaturun dəyişməsi El Nino ilə əlaqədar olsa da, digər amillər də təsir edə bilər. Buna görə də El Nino-nun yaratdığı effekt dünyanın müxtəlif bölgələrində fərqli olur. Azərbaycanda bu təsir özünü çox açıq şəkildə biruzə vermədi, amma o demək deyil ki, payızda da bu özünü biruzə verməyəcək".
S.Səfərov qeyd edib ki, ola bilər ki, payızda temperatur normadan nəzərəçarpacaq dərəcədə yüksək olsun:
"Eyni zamanda temperaturun yüksəlməsi ilə əlaqədar ayrı-ayrı ərazilərdə lokal xarakterli, intensiv yağıntılar müşahidə oluna bilər. Bu isə sel və daşqın təhlükəsi olan ərazilərdə bu proseslərin aktivləşməsinə səbəb ola bilər.
Yekun olaraq deyə bilərəm ki, qlobal temperaturun artacağı gözlənilir. Dünyanın orta temperaturunun payız mövsümündə yüksələcəyi ilə bağlı proqnozlar mövcuddur.
Azərbaycan üçün isə vəziyyət bir qədər fərqlidir. Bizim və digər azərbaycanlı tədqiqatçıların apardıqları elmi araşdırmalara əsasən, El Nino-nun temperatur baxımından Azərbaycana təsiri o qədər də yüksək deyil. Dünyanın bəzi bölgələrində temperatur artımı daha ciddi ola bilər. Azərbaycanda isə temperaturun əsasən normaya yaxın və ya normadan bir qədər yüksək olması gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya