Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər
Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib.
"Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.
Adelaida Universitetinin geokimyaçısı Erik Vandenburqun rəhbərlik etdiyi alimlər Qərbi Avstraliyadakı Pilbara kratonundan əldə edilmiş qədim vulkanik süxurları tədqiq ediblər. Onların kimyəvi tərkibi göstərir ki, planetin səthindəki su Yer kürəsinin dərin qatlarına nüfuz edib və burada vulkanları qidalandıran maqmanın yaranmasında iştirak edib.
Tədqiqatçıların fikrincə, həmin dövrdə müasir plitə tektonikası hələ formalaşmamışdı. Buna görə də suyun mantiyaya daşınması başqa bir mexanizm - "dripduksiya" vasitəsilə baş verə bilərdi. Su ilə zəngin, daha soyuq və sıx Yer qabığı hissələri isti mantiyaya doğru bataraq orada suyu sərbəst buraxa və bununla da maqmanın yaranmasına şərait yarada bilərdi.
Tədqiqat göstərir ki, Yer səthi ilə onun dərin qatları arasındakı qarşılıqlı əlaqə əvvəllər düşünüldüyündən xeyli daha erkən başlayıb. Bu proses vulkanik fəaliyyətə, qitələrin formalaşmasına və həyat üçün zəruri olan kimyəvi elementlərin yenidən paylanmasına təsir göstərmiş ola bilər.
Alimlər qeyd edirlər ki, yaşı 3 milyard ildən çox olan süxurlar olduqca nadirdir. Buna görə də Pilbarada qorunub saxlanılan nümunələr Yerin erkən tarixi haqqında unikal məlumat əldə etməyə imkan verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"