Ayda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq.
Oxu.Az "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosda yerdənkənar texnologiyaların izlərini axtarırlar, lakin indiyədək heç nə aşkar etməyiblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, ola bilsin, artıq fəaliyyət göstərən yerdənkənar texnologiyalar mövcud deyil, çünki potensial yadplanetli sivilizasiyalar artıq yox olublar. Lakin bu texnologiyaların qalıqlarını Ayın səthində aşkar etmək mümkündür.
Atmosfer və maqnit sahəsinin olmaması səbəbindən Ay daim meteorit bombardmanına, eləcə də təkcə Günəş sistemindən deyil, onun hüdudlarından kənardan gələn mikroskopik hissəciklərin fasiləsiz axınının təsirinə məruz qalır. Ayda tektonik aktivlik və maye su olmadığı üçün bu hissəciklər onun səthindəki Ay tozunda qorunub saxlanılır.
Tədqiqat müəllifləri ehtimal edirlər ki, bu tozda çoxdan yox olmuş yadplanetli sivilizasiyaların texnologiyalarının kiçik fraqmentləri ola bilər. Dyson sferaları və ya yadplanetlilərin kosmik aparatları kimi nəhəng süni kosmik strukturların qalıqları yerdənkənar sivilizasiyanın məhvindən sonra dağıla, metal və ya digər süni materiallardan ibarət kiçik hissəciklər isə ağıllı yadplanetlilərin yaşadığı ulduz sistemlərindən güclü ulduz küləkləri vasitəsilə xaric edilə bilər. Uzun zaman ərzində onlar qalaktikada hərəkət edərək Günəş sisteminə çata və Aya düşə bilərdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 468 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr