"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir.
"Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir.
Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığın azalması belə Vaşinqtonun iqtisadi və geosiyasi üstünlüklərini zəiflədə bilər.
Xüsusən, Niderland "həddindən artıq sistemli risklərdən" qorunmaq ehtiyacını əsas gətirərək ABŞ və Kanadadan 86 ton qızıl çıxarıb. Fransa əvvəllər bütün qızıl ehtiyatlarını Nyu-Yorkdan çıxarıb və Almaniya da oxşar addımı müzakirə edir. Norveçin suveren fondu da ABŞ dövlət istiqrazlarındakı payını azaltmaq planlarını açıqlayıb.
Avropa ölkələri də eyni zamanda müdafiə və texnologiya sahəsində ABŞ-dən asılılıqlarını azaltmağa çalışırlar. Onlar yerli istehsal olan silahların alışını artırırlar, Aİ isə bulud xidmətləri üçün Amerika texnologiya şirkətlərindən asılılığı azaltmağa yönəlmiş qaydalar hazırlayır.
ABŞ-yə özəl maraq da azalır. Son qəbul dövründə ABŞ kolleclərinə beynəlxalq müraciətlər 10 % azalıb. 2025-ci ildə ABŞ-yə beynəlxalq turizmin 5,5 %, Kanadadan səyahətlərin isə 25 % azalacağı proqnozlaşdırılır. Almaniyadan turist axını da Donald Trampın prezidentliyinin başlanğıcından bəri 25 % azalıb.
Bu, müttəfiqlərin ABŞ ilə əməkdaşlığı tamamilə tərk etdiyi anlamına gəlmir. Dollar dominant mövqeyini qoruyub saxlayır, Avropa ölkələri Amerikanın hərbi gücündən çox asılı olaraq qalır və ABŞ beynəlxalq tələbələr üçün əsas məkan olaraq qalır.
Hazırda milli qızıl ehtiyatlarının ABŞ-də saxlanmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələrin intensivləşdiyi Almaniya, İtaliya və İspaniyaya xüsusi diqqət yetirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 447 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr