David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİ

David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİAzərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri
cənab Samir Nuriyevə

Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədri
cənab Əhməd İsmayılova

MÜRACİƏT
Hörmətli cənablar,

Mən, David Seliverstov, son dövrlərdə adım, fəaliyyətim və şəxsi həyatımla bağlı müxtəlif media resurslarında yayımlanan çoxsaylı məlumatlarla əlaqədar Sizə müraciət edirəm.

Müraciətimin əsas məqsədi hər hansı media subyektinin fəaliyyətinə müdaxilə etmək deyil. Məqsədim barəmdə müxtəlif tarixlərdə və müxtəlif media platformalarında yayımlanmış məlumatların bütöv şəkildə, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasına, faktların iddialardan ayrılmasına və mənim cavab hüququmun təmin edilməsinə nail olmaqdır.

Son həftələr ərzində barəmdə bir-birinin ardınca çoxsaylı materiallar yayımlanmışdır. Həmin materiallarda mənim şəxsiyyətim, ad-soyadım, keçmişim, fəaliyyətim, ictimai əlaqələrim, "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyəti ilə bağlı fəaliyyətim, müxtəlif şəxslərlə münasibətlərim və xüsusilə 90 min ABŞ dolları ilə bağlı məsələ geniş şəkildə ictimai müzakirəyə çıxarılmışdır.

Ayrı-ayrı yazılarda mənə qarşı "dələduzluq", "aldatma", pulun mənimsənilməsi, müxtəlif şəxslərə müəyyən vədlərin verilməsi, təzyiq və digər ağır xarakterli ittihamlar irəli sürülmüşdür.

Mən bu ittihamların bir qismini qəti şəkildə qəbul etmirəm və hesab edirəm ki, hər hansı şəxs haqqında bu xarakterli ağır ifadələr işlədilərkən həmin ifadələrin hüquqi və faktiki əsasları açıq şəkildə göstərilməlidir.
Məsələnin daha ciddi araşdırılmasını zəruri edən əsas məqamlardan biri də eyni hadisə ilə bağlı müxtəlif şəxslərin media qarşısında bir-birindən fərqli açıqlamalar verməsidir.

Xüsusilə 90 min ABŞ dolları ilə bağlı yayılan materiallarda həmin vəsaitin mahiyyəti müxtəlif formada təqdim edilmişdir. Bir tərəfdən bunun dələduzluq yolu ilə əldə edilmiş pul olduğu iddia edilir, digər tərəfdən yayılan video materiallarında həmin pulun başqa məqsədlə verildiyi və sonradan geri qaytarıldığı barədə ifadələr səsləndirilir.
Rəşad Allahverdiyevin mediaya verdiyi açıqlamada 90 min dollarla bağlı əvvəlki video və səs yazısının təhrif edildiyini iddia etməsi də məsələnin yalnız jurnalist materialları ilə deyil, ilkin video və audio materialların özü əsasında araşdırılmasını zəruri edir.

Məhz buna görə hesab edirəm ki, məsələ ilə bağlı yalnız ayrı-ayrı media yazılarına deyil, həmin yazıların əsasını təşkil edən orijinal video və audio materiallara, sənədlərə, müqavilələrə, pulun verilməsi və qaytarılması ilə bağlı sübutlara və digər ilkin mənbələrə baxılmalıdır.

Mənim üçün əsas sual budur: əgər barəmdə "dələduzluq" kimi ağır ittihamlar irəli sürülürsə, bu ittihamların hüquqi əsası haradadır?

Əgər konkret cinayət əməli barədə iddia varsa:
zərərçəkmiş şəxs kimdir?
konkret şikayət hansı tarixdə verilib?
şikayət hansı hüquq-mühafizə orqanına təqdim olunub?
pulun verilməsini təsdiq edən hansı sənəd mövcuddur?
pulun hansı məqsədlə verilməsi barədə sənəd varmı?
həmin hadisə ilə bağlı hüquqi araşdırma aparılıbmı?
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?
əgər belə qərar yoxdursa, nə üçün media materiallarında ittiham xarakterli ifadələr bəzən artıq sübuta yetirilmiş fakt kimi təqdim edilir?

Mən hesab edirəm ki, bu sualların cavabı yalnız mənim üçün deyil, Azərbaycan ictimaiyyəti üçün də əhəmiyyətlidir.
Çünki media vasitəsilə hər hansı şəxs haqqında "dələduz", "cinayətkar", "pul mənimsəyən şəxs" və digər ağır ifadələrin işlədilməsi həmin şəxsin ictimai reputasiyasına birbaşa təsir edir.Digər mühüm məsələ isə cavab hüququmdur.

Barəmdə çoxsaylı materialların yayımlanmasına baxmayaraq, həmin materiallarda mənim mövqeyimə ya ümumiyyətlə yer verilməyib, ya da mövqeyim ayrı-ayrı hissələr üzrə təqdim olunub. Halbuki mən sosial şəbəkələrdə video müraciətlər vasitəsilə öz mövqeyimi açıqlamış, 90 min dollar məsələsi ilə bağlı konkret suallar qaldırmış və qarşı tərəfdən də faktların ortaya qoyulmasını tələb etmişəm.

Mediada mənim cavab xarakterli açıqlamalarımın da yayımlandığı hallar var. Lakin hesab edirəm ki, cavab hüququ yalnız bir-iki materialın dərc olunması ilə məhdudlaşmamalıdır. İctimaiyyətə təqdim olunan ağır ittihamların miqyası nəzərə alınaraq mənim mövqeyimin də eyni səviyyədə, aydın, tam və təhrif olunmadan çatdırılması təmin edilməlidir.
Mən həmçinin barəmdə yayılan materialların bir-birindən necə fərqləndiyini də diqqətinizə çatdırıram.

Bəzi yazılarda mənim haqqımda bir sıra şəxslərin iddiaları fakt kimi təqdim edilir. Digər materiallarda isə həmin hadisələrin iştirakçılarının açıqlamaları arasında müəyyən fərqlər görünür.

Belə vəziyyətdə jurnalistikanın əsas prinsiplərindən biri olan məlumatların yoxlanılması xüsusi əhəmiyyət daşıyır.
Mən hesab edirəm ki, media orqanları yalnız bir tərəfin iddialarını yaymaqla kifayətlənməməli, qarşı tərəfin mövqeyini də araşdırmalı və ictimaiyyətə təqdim etməlidir.

Bundan əlavə, barəmdə yayılan bəzi materiallarda mənim şəxsi həyatım, ailə məsələlərim, dini və milli kimliyim, ad-soyadım və keçmişimlə bağlı müxtəlif ifadələrə yer verilmişdir.

Bu məsələlərin bir qisminin konkret hadisənin mahiyyəti ilə nə dərəcədə əlaqəli olduğu da ayrıca araşdırılmalıdır.
Hesab edirəm ki, şəxsin ictimai fəaliyyəti ilə bağlı məlumat verməklə onun şəxsi həyatına dair təsdiqlənməmiş və ya mövzuya birbaşa aidiyyəti olmayan iddiaları ictimailəşdirmək arasında ciddi fərq var.

Mən Azərbaycan Respublikasının vətəndaşı kimi dövlət qurumlarına və qanunun aliliyinə hörmətlə yanaşıram və heç bir araşdırmadan yayınmıram.

Əksinə, barəmdə səsləndirilən iddiaların hamısının qanuni, şəffaf və obyektiv şəkildə araşdırılmasını istəyirəm.
Əgər hər hansı iddia həqiqətdirsə, bunun sübutlarla ortaya qoyulmasını istəyirəm.
Əgər hər hansı iddia həqiqətə uyğun deyilsə, həmin məlumatların təkzib edilməsini və ictimaiyyətə düzgün məlumatın çatdırılmasını istəyirəm.

Mənim tələğim heç bir media qurumunun susdurulması deyil.
Mənim tələbim həqiqətin müəyyənləşdirilməsidir.

Bu baxımdan Sizdən xahiş edirəm:

1. 2026-cı ilin avqust və sentyabr aylarında barəmdə müxtəlif media resurslarında yayımlanmış materialların bütöv şəkildə araşdırılmasına şərait yaradılsın.
2. Həmin materiallarda fakt kimi təqdim olunan məlumatların mənbələrinin və təsdiqedici sübutlarının müəyyənləşdirilməsinə diqqət yetirilsin.
3. Mənə qarşı səsləndirilən "dələduzluq", "aldatma", pul mənimsəmə və digər ağır ittihamların hüquqi əsaslarının olub-olmaması araşdırılsın.
4. 90 min ABŞ dolları ilə bağlı məsələdə tərəflərin müxtəlif vaxtlarda verdiyi açıqlamalar, video və audio materiallar, pulun verilməsi və qaytarılması ilə bağlı sənədlər müqayisəli şəkildə qiymətləndirilsin.
5. Orijinal video və audio materiallarla mediada yayımlanan versiyalar arasında hər hansı montaj, kəsilmə və ya kontekstdən çıxarılma olub-olmamasının müəyyənləşdirilməsinə diqqət yetirilsin.
6. Barəmdə material hazırlayan media subyektlərindən ağır ittihamların hansı konkret sübutlara əsaslandığının izah edilməsinin təmin olunması məsələsinə baxılsın.
7. Mənim cavab və təkzib hüququmun tam və effektiv şəkildə təmin edilməsinə şərait yaradılsın.
8. Əgər media materiallarında həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumatların fakt kimi təqdim edilməsi müəyyən olunarsa, qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələsinə baxılsın.
9. Barəmdə müxtəlif media resurslarında yayımlanan məlumatların bir-biri ilə ziddiyyət təşkil edən hissələrinin ayrıca araşdırılması təmin edilsin.
10. Şəxsi həyat, ailə məsələləri, dini və milli kimliklə bağlı yayılan məlumatların konkret ictimai maraqla əlaqəsinin olub-olmamasına da hüquqi və etik baxımdan qiymət verilsin.
11. Araşdırmanın nəticəsi barədə mənə rəsmi məlumat verilsin.
Hörmətli cənablar,

Mənim bu müraciətim şəxsi mübahisənin dövlət səviyyəsinə çıxarılması məqsədi daşımır.

Məsələ artıq geniş ictimai rezonans doğurduğuna görə hesab edirəm ki, burada söhbət yalnız mənim hüquqlarımdan deyil, eyni zamanda Azərbaycan mediasında faktların yoxlanılması, şəxsin cavab hüququ, jurnalist məsuliyyəti və ictimaiyyətə düzgün informasiya çatdırılması prinsiplərindən gedir.

Mən bir daha bildirirəm ki, barəmdə səsləndirilən hər bir ittihamın konkret sübutlarla əsaslandırılmasına hazıram.
Eyni zamanda mənə qarşı ittiham irəli sürən şəxslərin də öz iddialarını sənədlərlə, ilkin mənbələrlə və hüquqi sübutlarla təsdiq etməsini istəyirəm.

İctimaiyyətə həqiqətin çatdırılmasının ən düzgün yolu qarşılıqlı ittihamların çoxaldılması deyil, faktların ortaya qoyulmasıdır.Bu səbəbdən müraciətimin nəzarətə götürülməsini, aidiyyəti üzrə araşdırılmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş edirəm.

Hörmətlə,
David Seliverstov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 364   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər

Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektri

7 oktyabr
.

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu

7 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Nigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"

Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal

6 oktyabr
.

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi. Suyun verilişini

8 oktyabr