Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsasıHər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir. Suverenliyin klassik mahiyyəti sual altına alınmır. Bugünkü dövrün reallıqları kontekstində yeni yanaşmalar onun mahiyyətini daha da gücləndirir. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı. Beynəlxalq hüquqi suverenlik isə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmasını ehtiva edir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan, Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2024-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 344   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"

"Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevi

7 oktyabr
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub

5 oktyabr
.

Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. -a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirl

5 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri: Bakı Mərkəzi Asiyada yeni geosiyasi xəritəni formalaşdırır

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin nə qədər mühüm strateji əhəmiyyət daşıdığını bir daha ortaya qoydu. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlha

8 oktyabr
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

5 oktyabr
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

7 oktyabr
.

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəl

6 oktyabr
.

Türkmənbaşıda İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - Foto

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənista

8 oktyabr
.

Övladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

5 oktyabr