Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyət daşıyır - AÇIQLAMA

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyət daşıyır - AÇIQLAMA"Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri Qarabağda əldə olunmuş Zəfərdən sonra görülən işlərin beynəlxalq ictimaiyyətə və dünyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Çünki səfər edən şəxslər - səfirlər, diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri bölgədə gördükləri və qarşılaşdıqları məsələlərlə bağlı öz ölkələrinə məlumat və hesabat təqdim edirlər".

Bunu Sonxeber.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

O, bildirib ki, bu baxımdan, belə səfərlərin təşkili mühüm əhəmiyyət daşıyır:

"Hesab edirəm ki, bu, artıq 22-ci səfər olmalıdır. Bu sayda səfərin təşkil olunması Qarabağda həyata keçirilən genişmiqyaslı işlərin həm ictimaiyyətə, həm də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir. Müharibədən sonra da erməni tərəfi Qarabağ məsələsini problemli məsələ kimi təqdim etməyə çalışırdı. Müxtəlif çıxışlarda məsələnin bitmədiyi və bölgəyə qayıtmaqla bağlı iddialar səsləndirilirdi. Beynəlxalq nümayəndələrin və diplomatların Qarabağa səfərlərinin təşkili isə bu baxımdan müəyyən mesaj verir. Bu səfərlər Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və burada genişmiqyaslı quruculuq işlərinin aparıldığını nümayiş etdirir".

Onun sözlərinə görə, Xankəndi və Şuşa bu baxımdan xüsusi əhəmiyyət daşıyan məkanlardır:

"Diplomatik nümayəndələrin həmin ərazilərə səfərləri həm bölgədəki reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması, həm də Azərbaycanın mövqeyinin nümayiş etdirilməsi baxımından mühüm mesaj kimi qiymətləndirilə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 396   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəl

6 oktyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyat

8 oktyabr
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilən itki

7 oktyabr
.

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirin

6 oktyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər veri

6 oktyabr
.

Azərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA

"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf etdirib. Bu ölkələr Azərbaycanın soydaşlarıdır. Tarixi, mədəni və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və köklü tarixə malikdir. Hətta belə deyərdim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə tariximizin qaranlı

8 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 oktyabr
.

Ramil Usubovun kürəkəni vəfat edib - Foto

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. -ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər daxili işlər orqanlarında çalışıb. Kamran Xankişiyevin qəfi

5 oktyabr
.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır

Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra

8 oktyabr