İsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir

İsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədirİsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir.

Sonxeber.az xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Seçki Komissiyasının ilkin məlumatlarına görə, 6,1 min seçki məntəqəsindən (cəmi təxminən 6,6 min seçki məntəqəsi) bülletenlər hesablandıqdan sonra müxalifət mərkəz-sol bloku səslərin 49,4%-i ilə liderlik edir, hökumətyönlü sağçı blok isə 49,1% səs toplayıb.

İlkin məlumatlara görə, seçici fəallığı 80,4% təşkil edib.

Müxalifətdəki mərkəz-sol ittifaqına keçmiş Baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi İsveç Sosial Demokrat İşçi Partiyası, Sol Partiya, Mərkəz Partiyası və Ətraf Mühitin Mühafizəsi Partiyası (Yaşıllar) daxildir.

Sağçı ittifaqına Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi Mötədil Koalisiya Partiyası, Xristian Demokratlar, Liberallar və hökuməti dəstəkləyən və ittifaq qalib gələrsə, ilk dəfə hökumətdə yer qazana biləcək sağçı populist İsveç Demokratları daxildir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 471   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Polşanın Baş naziri təcili müşavirə çağırıb

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini

20 noyabr
.

13 yaşdan kiçiklərə sosial medianı qadağan edirlər

İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsinin tamamilə qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Tənzimləmənin ayın sonuna qədər parlamentdə səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir. "Qafqazinfo" xəbər veri

19 noyabr
.

Kaliforniyada 5,1 maqnitudalı zəlzələ olub

ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib

20 noyabr
.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Cinpin, Tramp və Putin arasında üçtərəfli görüş başladı - Video

Çin sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş start götürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, görüş Şençjen şəhərində keçirilir. Rusiya, Çin və ABŞ liderləri tarixdə ilk dəfədir bu formatda danışıqlar aparırlar

19 noyabr