Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMATəhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan sosial meyarların daha obyektiv müəyyənləşdirilməsi və ailələrin faktiki maddi imkanlarının nəzərə alınması məsələsi müzakirə olunur.

Bəs, təhsil kreditləri üzrə sosial meyarlar müəyyən edilərkən ailənin yalnız rəsmi gəlirinin deyil, real maddi vəziyyətinin də nəzərə alınması tələbələrin bu imkanlardan yararlanmasına necə təsir göstərə bilər və bu meyarların daha ədalətli müəyyənləşdirilməsi üçün hansı yanaşma tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ son günlər parlamentdə də geniş müzakirə olunub və bəzi deputatlar mövzu ilə bağlı öz mövqelərini bildiriblər.

"Hesab edirəm ki, bu, vacib məsələdir. Meyarlar müəyyən edilərkən real gəlirlərin nəzərə alınması məsələsi var. Mən də hesab edirəm ki, yalnız rəsmi gəlir deyil, şəxsin real maddi vəziyyəti də nəzərə alınmalıdır. Nəzərə almalıyıq ki, bu kreditlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu, çox vacib və önəmli məsələdir. Həmin qayğının insanlar tərəfindən daha yaxşı hiss olunması üçün əlavə addımların atılmasına ehtiyac var".

Deputat bildirib ki, bu məqamları nəzərə alaraq, bu istiqamətdə əlavə addımların atılmasını nəzərdən keçirməli və prosesə töhfə verməliyik:

"Çünki bu, vətəndaşlarımız üçün bir imkan və şansdır. Həmin imkanlardan daha çox insanın yararlanması üçün bu məsələlərin daha əlçatan olması və daha yaxşı həll olunması istiqamətində addımlar atılmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1653   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli

29 oktyabr
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr