Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşməni gücləndirə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Geoscience" jurnalında dərc olunub.
Söhbət tərkib hissələrindən biri Qolfstrim olan Atlantik meridional çevriyyə sistemindən (AMOC) gedir. Kristo Beyzertin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu, o cümlədən Vaşinqton Universitetindən Devid Bonan, üç iqlim modelindən istifadə edərək bu sistemin davranışını təhlil edib və hesablamaları Qrenlandiya və Antarktidanın buz nüvələrindən əldə edilmiş, buzlaşma dövrlərinə aid məlumatlarla müqayisə edib.
Alimlər Pleytosendə iqlimdə baş verən kəskin dəyişikliklərlə əlaqəli Dansqor-Oeşger dövrləri adlanan hadisələrə diqqət yetiriblər. Məlum olub ki, okean dövranı gücləndikdə Şimali Atlantikada suların aktiv qarışması okeandakı istiliyi atmosferə, oradan isə kosmosa ötürür. Dövran zəiflədikdə isə qarışma prosesi azalır və istilik okeanın daxilində toplanır.
Bu mexanizm keçmişdə Qrenlandiyada baş verən kəskin istiləşmələrin Antarktidada daha yavaş dəyişikliklərlə niyə müşayiət olunduğunu izah edir. Hər iki yarımkürə vahid qlobal dövrün fərqli tərəflərinə reaksiya verib.
Müəlliflər vurğulayırlar ki, əldə edilən nəticələri gələcəyə birbaşa tətbiq edərkən ehtiyatlı olmaq lazımdır. Çünki geniş dəniz buzlaqlarının mövcud olduğu buzlaşma dövrlərinin şəraiti hazırda istiləşən okeanın vəziyyətindən ciddi şəkildə fərqlənir.
Bununla belə, tədqiqat Atlantik okeanının iqlim sistemindəki roluna dair təsəvvürü dəyişir. Atlantik dövranının zəifləməsi yalnız Avropada soyuma təhlükəsi yaratmır, həm də bütövlükdə planetdə əlavə istiləşməyə səbəb ola bilər.
Atlantik okeanındakı dövran buzlaqların əriməsi və şirin su axınının artması fonunda onsuz da zəifləyir. Buna görə də alimlər onun vəziyyətini diqqətlə izləyirlər. Bu sistem Avropanın və bütün Şimal yarımkürəsinin iqliminə, o cümlədən yağıntı və temperatur rejiminə təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 461 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrEl-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrGələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th
13 oktyabr