Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq? Varis olaraq oğlu yaşayır. Əlisəttar müəllimin filmlərindən müəyyən qədər məvacib yığılıb".
Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Əlisəttar Atakişiyevin yaxın qohumu Aqşin Mirfeyzullazadə deyib.
O daha sonra əlavə edib:
"Əlisəttar Atakişiyevin oğlu Xəlil Atakişiyevin 90-dan çox yaşı var. İnanmıram o bu yaşda Kanadadan Azərbaycana səfər etsin. Bilirsiniz ki, bu il Əlisəttar Atakişiyevin 120 illiyidir. Əslində onun yubileyi Heydər Əliyev Sarayında qeyd edilsə, çox yaxşı olar. Bunun üçün aidiyyəti qurumlara müraciət etmişəm və cavab gözləyirəm. Amma onun qızı, yəni Əlisəttar Atakişiyevin nəvəsi Vera xanım Bakıya gəlmək istəyir. Vera xanımla müntəzəm olaraq əlaqə saxlayırıq. O, babasının dahi bir rejissor və Bakıda çoxlu qohumunun olduğunu bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 501 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrBakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabr"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabr