İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir.
"İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur.
Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dərin psixoloji səbəblər dayanır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"İnsanın zərərli olduğunu bildiyi bir davranışı davam etdirməsi onun iradəsiz olması anlamına gəlmir. Bir çox vərdiş zaman keçdikcə beynin müəyyən emosional vəziyyətlərə verdiyi avtomatik reaksiyaya çevrilir. Məsələn, insan stress keçirəndə siqaret çəkməyə, darıxanda sosial şəbəkələrə yönəlməyə və ya emosional gərginlik zamanı həddindən artıq yeməyə başlaya bilər. Bu davranış həmin anda insana qısa müddətli rahatlıq verdiyi üçün beyin onu "mükafatlandırılan" davranış kimi qəbul edir.
Burada əsas məsələ insanın davranışdan nə qazandığını anlamaqdır. Bəzən vərdişin arxasında stress, tənhalıq, narahatlıq, özünü sakitləşdirmək ehtiyacı və ya emosiyalardan qaçmaq dayanır. İnsan sadəcə vərdişi aradan qaldırmağa çalışdıqda, onun yaratdığı boşluğu doldurmadığı üçün yenidən əvvəlki davranışa qayıda bilər.
Bundan əlavə, vərdişlər müəyyən mühit, zaman və emosiyalarla əlaqələnə bilər. Məsələn, hər dəfə stress zamanı eyni davranışı təkrarlayan insan bir müddət sonra stressin özü həmin vərdiş üçün "tətik" rolunu oynamağa başlayır. Bu səbəbdən dəyişiklik yalnız "bir daha etməyəcəyəm" qərarı ilə məhdudlaşmamalıdır.
Zərərli vərdişdən uzaqlaşmaq üçün insan əvvəlcə onun nə zaman və hansı səbəbdən yarandığını müşahidə etməlidir. Hansı hissdən sonra bu davranışa ehtiyac yaranır, həmin anda insan nə düşünür və davranışdan sonra özünü necə hiss edir: bunları müəyyənləşdirmək vacibdir. Daha sonra həmin ehtiyacı daha sağlam üsullarla qarşılamaq üzərində işləmək lazımdır.
Əgər insan dəfələrlə cəhd etməsinə baxmayaraq vərdişini dayandıra bilmir və bu davranış onun sağlamlığına, işinə və münasibətlərinə ciddi təsir göstərirsə, psixoloq və ya digər uyğun mütəxəssisdən dəstək almaq faydalı ola bilər. Əsas məsələ özünü günahlandırmaq deyil, bu davranışın hansı ehtiyacı qarşıladığını başa düşmək və həmin ehtiyacı daha sağlam şəkildə idarə etməyi öyrənməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ