"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb".
"Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, üçillik bakalavr məsələsi müzakirə olunur: "Bu, maraqlı müzakirədir. Burada bəzi məsələləri, o cümlədən məzunun yaşını nəzərə almaq lazımdır. Məsələn, tutaq ki, bizim şagirdlərimiz 6 yaşından məktəbə gedir, 11-ci sinifdən təxminən 17 yaşında məzun olurlar. 4 il oxuyanda onlar 20-21 yaşlarında böyük şəxslərdir. Məncə, onlar üçün də lazım olan məsələdir ki, 19 yaşda da, 20 yaşda da əmək bazarına gəlsinlər. Elə ixtisaslar var ki, məsələn, turizmin təşkili, bəlkə də, onu 3 ilə buraxmaq olar. Məndən soruşsanız, bunu mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən etməlidirlər ki, əslində bu ixtisasın formalaşması hansısa məmurun və yaxud da hansısa siyasətçinin rəyi əsasında yox, həmin əmək bazarında olan mütəxəssislərin rəyi əsasında formalaşmalıdır".
Nazir əlavə edib ki, bəzi sahələrdə mütəxəssis hazırlamaq üçün 3 il kifayət etməyə bilər: "Məsələn, mənə elə gəlir, mühəndis hazırlamaq üçün həqiqətən bu vaxt azdır. Məsələn, tibb bazası təhsili tutaq ki, 6 ildir, müəllimlik 4 ildir. Biz Boloniya prosesinə keçəndə bir qədər bütün ixtisasları eyni qəlibə salmağa çalışmışıq. Bəzi ixtisaslarda bu, düzdür, məsələn, hazırda baytarlıq ixtisası 5 ildir. Bəzi ixtisaslar 4, bəziləri 5-dir. Bəzi peşələri öyrənməyə 6 il, bəzilərini öyrənməyə isə 4 il lazımdır. Bu, peşənin mürəkkəbliyindən asılıdır. Yəni bunlar müzakirə olunmalıdır və bu müzakirələri tənzimləyici qurum olaraq Təhsil İnstitutu və Təhsil Nazirliyi ilə yanaşı, əsasən ixtisas adamları etməlidirlər. Onlar deməlidirlər ki, məsələn, inşaat mühəndisini hazırlamaq üçün 3 il olmaz, bu, 4 il olmalıdır və ya 5 il olmalıdır. Misal üçün, turizm mütəxəssisini 3 ilə hazırlaya bilərsiniz.
Yəni bizim burada bir də qoşulduğumuz konvensiya sənədləri də nəzərdən keçirmək lazımdır. Məsələn, Boloniya konvensiyasında olan məsələ ki, 180-240 kreditdən danışılır, bu, 3 və ya 4 ildir. Amma hazırda dediyim kimi, 12 illik təhsilə keçid nəzərdə tutulmur. Təbii ki, 12 plus 3 olan, müəyyən mənada işləyən model olan yerlər var. Hazırda biz 11 plus 4-dən danışırıq. Amma 4 illik ixtisasların bəzilərinin 3 illik olması ilə bağlı mütəxəssislər, əgər bu sahənin işəgötürənləri hesab etsələr ki, 3 il də olar, mən düşünürəm ki, bəzi sahələrdə bu, mümkündür. Bu, sırf daha tez əmək bazarına çıxmaq üçün yaxşı şansdır. Lakin ümumilikdə bütün ixtisasları 3 ilə keçirmək də yəqin ki, müzakirə predmeti deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ