Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb.
"Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub.
Lakin həkimlər döş qəfəsinin rentgen müayinəsi zamanı ürək nahiyəsində şübhəli kölgə görüblər.
Əlavə müayinələr nəticəsində xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində də metal yad cisimlərin olduğu müəyyənləşdirilib.
Məlum olub ki, 36 millimetrlik iynə ürəyi əhatə edən maye kisəsini deşərək, uc hissəsi sol mədəciyin boşluğuna doğru uzanıb.
Hunan Əyalət Xalq Xəstəxanasının həkimləri iynənin ürəkdə hərəkət etməsi, toxumaların zədələnməsi və infeksiya riskinin qarşısını almaq üçün əməliyyat aparmaq qərarına gəliblər. Cərrahlar əvvəlcə ürəkdəki, daha sonra isə sidik kisəsindəki digər iynələri çıxarıblar.
İynələrin xəstənin bədəninə necə daxil olduğu dəqiq müəyyən edilməyib. Həkimlər bunun qəsdən özünə xəsarət yetirmə ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Xəstənin tibbi tarixçəsində də oxşar hadisənin olduğu üzə çıxıb. İki il əvvəl onun qarın nahiyəsindən iynəyə bənzər iki metal əşya çıxarılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 389 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd
13 sentyabrVuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b
13 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr