Azərbaycan və İsveçrə investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan və İsveçrə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Sonxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin İsveçrəyə işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelin ilə görüşdə baş tutub.
"Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığını, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladıq",- deyə nazir qeyd edib.
M.Cabbarov görüşdə həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsinin, humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinin qeyd edildiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 128 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda
15 sentyabrHikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba
12 sentyabrAzərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı əlavə edib:
15 sentyabr