Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir

Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədirAzərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır komplekslərinə, "İstisu" mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır.
Respublikasının ayrılmaz və suveren ərazisidir. Xarici diplomatların bu bölgələrə səfər etməsinə qarşı Ermənistan cəmiyyətində qaldırılan hay-küylü kampaniya Azərbaycanın daxili işlərinə açıq müdaxilədir. Bu cür yanaşma rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması barədə bəyanatları ilə köklü şəkildə ziddiyyət təşkil edir. Diplomatların bu səfərdə iştirakı isə onların təmsil etdiyi dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini növbəti dəfə təsdiqləyir. Ermənistan tərəfi Gəncəsər və Xudavəng monastır komplekslərini uydurma şəkildə "erməni irsi" kimi qələmə verməyə çalışarkən, eyni zamanda öz ərazisində yüzilliklər boyu mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edir. Azərbaycan torpaqlarında sanki yalnız ermənilərin yaşadığı, müasir Ermənistan ərazisində isə azərbaycanlıların heç vaxt məskunlaşmadığı barədə formalaşdırılan saxta narrativ şovinist və rasist düşüncə tərzinin bariz nümunəsidir. Dünyanın tarix elminə yaxşı məlumdur ki, Qarabağ bölgəsindəki qədim xristian abidələri Qafqaz Albaniyasının tarixi və mədəni irsinə məxsusdur. Ermənistanın bu tarixi həqiqəti həzm edə bilməməsi və alban irsini inkar etməsi faktiki olaraq mədəni irqçilikdir.
Azərbaycan dövləti öz ərazisindəki bütün tarixi, dini və mədəni abidələrin yeganə sahibidir və onların qorunmasını tam məsuliyyəti ilə həyata keçirir. Bu qərəzli kampaniya və qızışdırıcı məlumatlar yalnız radikal müxalifət dairələrindən qaynaqlanmır. Aparılan təhlillər göstərir ki, diplomatların səfərini hədəf alan psixoloji hücumların və dezinformasiya dalğasının arxasında birbaşa Ermənistanın mövcud hakimiyyəti durur. Çünki bu qəbilədən olan reaksiyalar və təxribatçı yazılar məhz Paşinyan hakimiyyətinə və hakim partiyaya yaxın media resurslarında intensiv şəkildə tirajlanır. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın açıqlamaları və 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında sərhəd təxribatlarında həlak olan hərbçilərin sükutla yad edilməsi rəsmi İrəvanın daxili işlərimizə müdaxilə etdiyini və revanşizm əhval-ruhiyyəsini körüklədiyini nümayiş etdirir. Müharibədəki məğlubiyyətdən sonra sülhə məcbur edilən Paşinyan hakimiyyətinin dirijorluğu ilə həyata keçirilən bu qərəzli kampaniya, Ermənistanın sülh prosesində qeyri-səmimi olduğunu və danışıqlara qəsdən zərbə vurmaq niyyətini bir daha üzə çıxarır.
Ermənistan tərəfinin bu cür dözümsüz və revanşist mövqeyi bölgədə davamlı sülhün bərqərar olmasına mane olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Ermənistanın Qərbi Azərbaycanda min illər boyu xalqımızın yaratdığı mədəni irsi tarixi abidələri, məscidləri və qəbiristanlıqları sistemli şəkildə dağıtması dözümsüzlük və irqçiliyin bariz təzahürüdür. Azərbaycanın mədəni izlərini silməyə və regionun tarixini təhrif etməyə yönəlmiş bu destruktiv addımlar beynəlxalq hüququn, xüsusən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 447   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr
.

Prezident: "Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

"Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident

12 oktyabr
.

Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind

13 oktyabr
.

Laos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün

13 oktyabr
.

İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib

Dövlətimizin başçısı İlham Əliyev 23 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfində

12 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr