Prezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"
"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib.
Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlərin məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istədiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb:
"Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 244 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistan-Əfqanıstan müharibəsində gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA
Əfqanıstan və Pakistan arasında aylar ərzində davam edən gərginlik yenidən silahlı qarşıdurma mərhələsinə keçib. Pakistanın Əfqanıstan ərazisinə hava zərbələri endirməsi, sərhəddə qarşılıqlı atəşə tutulma və tərəflərin bir-birini silahlı qruplaşmalara dəstək verməkdə ittiham etməsi bölgədə vəziyyət
6 oktyabrÖvladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye
5 oktyabrPrezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
"Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməs
7 oktyabrPrezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
7 oktyabr