Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır.
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Lakin Azərbaycanın səylərinə baxmayaraq, Vətən müharibəsindən ötən 3 il ərzində təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Ermənistan, hər zaman üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozmağa, çirkin əməllərini davam etdirməyə çalışdı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanına Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralananlar vardır.
Ölkəmiz günahsız sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak olmasına göz yuma bilməzdi. Bu baxımdan Azərbaycan hökuməti lokal xarakterli antterror tədbirləri keçirmək məcburiyyətində qaldı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Artıq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-dan etibarən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Ordumuz tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.
Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Buna da nail olundu. Antiterror tədbirləri nəticəsində artıq bütün işğal altında olan torpaqlarımız tam azad edilərək ərazi bütövlüyümüz təmin edildi.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Bəyin atası da idarə rəisi işləyib - Foto
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı