İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdırPaytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilib. Bu yarışlar Azərbaycanda sadəcə idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edilib. Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
Sentyabrın 14-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirilib və Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkə başçısı qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Cənab Prezident müsəlman dini liderlərinin hər bir sözünün müsəlman icmaları üçün çox dəyərlidir, qiymətli olduğunu qeyd edib. Bildirib ki, "Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək".
İşğal dövründə bu ərazilərdə 65 məscid Ermənistan tərəfindən tam dağıdılıb və bəziləri isə yarıdağılmış vəziyyətə gətirildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".
Bidirilib ki, bərpa işlərinə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlanılıb və bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Dağıdılmış məscidin bərpası yalnız bir tarixi abidənin deyil, həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır. Bu gün Ağdam şəhər məscidi Qarabağın mühüm simvollarından biri olmaqla yanaşı, yerli sakinlər və şəhərimizə səfər edən insanlar üçün ibadət və ziyarət məkanıdır.
Dövlətimizin başçısı, həmçinin bildirib: "Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir".
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. Ölkə başçısı görüşdə qeyd edib ki, Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik.
"Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq", - deyə dövlətimizin başçısı vurğulayıb.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Lakin buna baxmayaraq xalqımıza qarşı törədilən vəhşiliklər, dağıdılmış məscidlərimiz, təhqir edilmiş mədəni ocaqlarımız, Xocalı qurbanları heç vaxt unudulmayacaq.
Qeyd edilib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Bu da ölkəmizin tarixi nailiyyətidir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 101   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr
.

Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Müsəlman aləmini gözdə

15 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr