Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilərBu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub.

Narıncı balqabaqlar ənənəvi olaraq payız bayramının əsas simvollarından biridir. Onlardan qorxunc üzlər və müxtəlif fiqurlar hazırlanır. Lakin fermerlər xəbərdarlıq edirlər ki, bu il meyvələr adi ölçüsündən demək olar ki, iki dəfə kiçik ola bilər. Bundan əlavə, balqabaqların qabığı qalınlaşıb və bu da onların kəsilməsini çətinləşdirəcək.

Problemlər yüksək temperatur səbəbindən yaranıb. Havanın temperaturu 30°C-yə çatdıqda balqabaqlar daha yavaş böyüyür. Böyük Britaniyada maydan sentyabr ayına qədər ardıcıl beş istilik dalğası qeydə alınıb və temperatur 40 gün ərzində 30°C-ni ötüb. Məhz bu dövr balqabaqların ən sürətli böyüdüyü mərhələyə təsadüf edib.

Vəziyyəti İngiltərə və Uelsin ərazisinin böyük hissəsində elan edilən quraqlıq da ağırlaşdırıb. Su çatışmazlığı səbəbindən bitkilər adi ölçülərinə çata bilməyib.

Saffolk qraflığındakı "Home Farm Pumpkins" təsərrüfatının fermeri Devid Koulter "The Telegraph"a bildirib ki, isti hava şəraitində balqabaqlar torpaqda kifayət qədər rütubət olduğu halda belə daha əvvəl böyüməyi dayandırıb.

"Su çatışmazlığı ilə yüksək temperaturun birləşməsi ikiqat zərbə oldu", deyə fermer bildirib.

Bəzi istehsalçılar artıq ailələrə bu il balqabaqları kəsmək əvəzinə onların üzərinə şəkil çəkməyi və ya Hellouin üçün rəngləməyi məsləhət görürlər.

Digərləri isə vəziyyəti uşaqlarla hava şəraitinin kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə necə təsir etdiyini müzakirə etmək üçün yaxşı fürsət hesab edirlər.

"Country Land and Business Group" təşkilatının prezidenti Gevin Leyn bildirib ki, hazırkı vəziyyət valideynlər üçün uşaqlara hava şəraitindəki dəyişikliklərin məhsula necə təsir etdiyini və gələcəkdə tərəvəz yetişdirməyin niyə getdikcə çətinləşə biləcəyini izah etmək üçün fürsət yarada bilər.

"Bu, valideynlərin uşaqlarla havanın kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə təsiri və gələcəkdə tərəvəz yetişdirilməsində yarana biləcək çətinliklər barədə danışması üçün əlverişli məqamdır", deyə Leyn bildirib.

Balqabaqlar bu il quraqlıq və istidən zərər çəkən yeganə məhsul deyil.

Kartof məhsulu da zəif olub. Yumrular o qədər kiçik böyüyüb ki, iri kartof qızartması istehsalçısı "McCain" müəssisələrinin fəaliyyətini davam etdirmək üçün ötən ildən qalan ehtiyatları almağa başlayıb.

Almalar da kiçilib, yetişmiş meyvələr isə daha tez tökülməyə başlayıb. Sidr istehsalçıları xəbərdarlıq edirlər ki, isti hava armud və almalarda şəkərin miqdarının artmasına səbəb olub. Nəticədə builki məhsuldan hazırlanacaq sidrin alkoqol tərkibi daha yüksək ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 393   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr