Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərirBakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyət göstərməsi və Fətva Komitəsinin yaradılması bu istiqamətdə konkret mexanizmlərin formalaşdırıldığını deməyə əsas verir. Görüşün yekununda qəbul edilən Bakı Bəyannaməsi isə əməkdaşlığın gələcək prioritetlərini daha aydın şəkildə müəyyənləşdirir.
Bakı Bəyannaməsində türk dövlətləri və xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi, türk-islam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərlə iş kimi istiqamətlər xüsusi yer tutur.
Eyni zamanda, terrorizm və ekstremizmə, islamofobiya və türkofobiyaya qarşı birgə mübarizə, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi-mədəni irsinin təbliği kimi konkret məsələlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu, dini-mənəvi əməkdaşlığın yalnız ümumi dəyərlər ətrafında həmrəylikdən ibarət olmadığını, getdikcə daha praktik məzmun qazandığını göstərir. Müsəlman dini idarələri arasında əlaqələrin gücləndirilməsi, ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və institusional mexanizmlərin yaradılması türk dövlətləri arasında dini əməkdaşlığın daha sistemli xarakter almasına imkan verir. Mədəniyyət, tarixi yaddaş və mənəvi dəyərlər türk dövlətləri arasında əməkdaşlığın ən davamlı əsaslarından biridir. Siyasi və iqtisadi maraqlar müxtəlif dövrlərdə dəyişə bilər, lakin ortaq tarixi-mədəni irs uzunmüddətli yaxınlaşma üçün möhkəm zəmin yaradır. Bu baxımdan dini və mədəni əməkdaşlığın gücləndirilməsi TDT daxilində digər sahələrdə gedən inteqrasiya proseslərini də tamamlayır. Burada əsas məqsəd ortaq irsin qorunması ilə yanaşı, hər bir dövlətin milli və dini xüsusiyyətlərinə hörmət əsasında əməkdaşlığın inkişaf etdirilməsi olmalıdır. Ortaq dəyərlər dövlətləri yaxınlaşdırmalı, milli və dini müxtəliflik isə bu əməkdaşlığın inkişafına maneə deyil, zənginləşdirici amil kimi qiymətləndirilməlidir.
Bakı görüşünün digər mühüm tərəfi müasir çağırışlara qarşı ortaq yanaşmaların formalaşdırılmasıdır. Radikallaşma, ekstremizm, dini dözümsüzlük və islamofobiya ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşan problemlər deyil. Bu təhlükələrə qarşı səmərəli mübarizə üçün dini qurumlar arasında koordinasiyanın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi vacibdir. Xüsusilə gənclərlə sistemli işin aparılması bu istiqamətdə mühüm rol oynayır. Gənclərin dini biliklərinin artırılması, sağlam dini dünyagörüşünün formalaşdırılması və radikal ideologiyaların təsirindən qorunması həm dini təsisatların, həm də dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi Bakı Bəyannaməsində əksini tapan mühüm prioritetlərdən biri kimi diqqət çəkir.
Görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdəki rolunu göstərir. Azərbaycan tarixən müxtəlif dini və etnik icmaların birgə yaşadığı, eyni zamanda, dünyəvi dövlətçilik prinsiplərinin qorunduğu ölkədir. Bu təcrübə ölkəmizin Türk dünyasında dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına praktik töhfə verməsinə imkan yaradır. Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsi Türk dünyasında dini-mənəvi əməkdaşlığın inkişafı üçün mühüm nümunədir. Ölkəmiz yalnız siyasi, iqtisadi və nəqliyyat layihələri ilə deyil, həm də dini və mədəni dialoqun gücləndirilməsi istiqamətində fəal rol oynayır. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmamalıdır. Dini-mənəvi və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi xalqlar arasında bağlılığın daha da möhkəmlənməsinə, ortaq tarixi yaddaşın qorunmasına və gələcək nəsillər arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 475   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Si

19 noyabr
.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

Prezident İlham Əliyev: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

"Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirib. "Tikinti və infrastrukturun inkişafı, həmçini

19 noyabr
.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17 noyabr
.

İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə

Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisad

20 noyabr