Ölkəmizin sülh və həmrəylik çağırışı

Ölkəmizin sülh və həmrəylik çağırışı‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərqli mədəniyyətlərə və inanclara münasibətinin göstəricisidir. Bu gün həmin tarixi ənənə dövlət siyasətində də öz davamını tapır. Ötən gün Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu mövqeyini bir daha nümayiş etdirdi. Bakıda eyni günlərdə keçirilən iki mühüm tədbirin mahiyyəti də təsadüfi xarakter daşımır. Bir tərəfdə Türk dünyasının müsəlman dini rəhbərləri bir araya gəlir, digər tərəfdə Azərbaycan tarixinin böyük mütəfəkkirlərindən biri olan Seyid Yəhya Bakuvi irsi müzakirə olunur. Bu mənzərə Azərbaycanın tarix, mədəniyyət, din və sivilizasiyalar arasında dialoqa verdiyi əhəmiyyətin ifadəsidir.
‎Prezident İlham Əliyevin çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin adlarının çəkilməsi də Azərbaycanın mənəvi xəritəsinin nə qədər zəngin olduğunu göstərir. Bu şəxsiyyətlərin irsi Azərbaycan hüdudlarını aşaraq Türk dünyasının və İslam sivilizasiyasının ümumi mədəni sərvətinə çevrilən böyük bir məktəbdir.
‎Bakının belə bir beynəlxalq dialoq məkanına çevrilməsinin başqa bir mühüm tərəfi Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mövqeyidir. Prezidentin qeyd etdiyi kimi Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Bu coğrafi və tarixi mövqe ölkəmizə müxtəlif dini və mədəni icmaları bir araya gətirmək üçün geniş imkanlar yaradır. Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin toplantısında türk dövlətləri ilə yanaşı Gürcüstan, Suriya və Şimali Qafqazdan dini rəhbərlərin iştirak etməsi həmin imkanların real nümunəsidir.
‎Prezident İlham Əliyevin çıxışında 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırladılması da təsadüfi deyildi. Həmin tədbir idman yarışından daha geniş məna daşıyan, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin nümayişinə xidmət edən böyük platforma kimi təqdim olunmuşdu. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də Azərbaycanın bu istiqamətdəki rolunun davamı kimi qiymətləndirilir.
‎Bu gün Azərbaycan dünyaya öz mövqeyini aydın şəkildə göstərir və bəyan edir ki, müxtəliflik insanlar və cəmiyyətlər arasında ayrılıq yaratmamalı, dialoqun və qarşılıqlı anlaşmanın əsasına çevrilməlidir. Din xadimlərinin sülhə, əməkdaşlığa və əmin-amanlığa çağırışı bu baxımdan böyük mənəvi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında dini liderlərin bir araya gəlməsinə verilən önəm də məhz bu düşüncədən qaynaqlanır. Çünki belə görüşlər müxtəlif dini və mədəni ənənələrin təmsilçilərini bir masa arxasında birləşdirərək qarşılıqlı hörmət və etimad üçün möhkəm zəmin yaradır. Bakıda keçirilən bu tədbirlər Azərbaycanın dialoq məkanına çevrilən rolunu bir daha göstərir.
‎Azərbaycanın öz tarixində yaşadığı ağır sınaqlara baxmayaraq sülh gündəliyinə üstünlük verməsi də bu yanaşmanın başqa bir tərəfidir. Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini seçdiyini bildirərək regionda uzunmüddətli sabitliyin təmin olunmasını söylədi. Bu yanaşma Azərbaycanın gücünü siyasi iradə, milli birlik və sülhə yönəlmiş dövlət siyasəti ilə tamamladığını göstərir.
‎Azərbaycanın multikultural modeli məhz belə bir tarixi və siyasi düşüncənin üzərində formalaşıb. Müxtəlif dinlərin, məzhəblərin və mədəniyyətlərin nümayəndələrinin bir arada yaşaması xalqımızın həyat tərzində özünəməxsus ənənə yaradıb. Bu ənənə bu gün Bakıda keçirilən beynəlxalq tədbirlərdə daha geniş coğrafiyanın iştirakına imkan verir. Azərbaycan dialoqun tərəfdarı kimi çıxış etməklə yanaşı fərqli dünyaların bir masa ətrafında görüşməsi üçün platforma yaradır.
‎Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərdən görünən əsas xətt budur. Türk dünyasının, Qafqazın və İslam aləminin qarşılıqlı hörmət və həmrəylik əsasında daha sıx əlaqələnməsi regional və beynəlxalq sabitliyə xidmət edə bilər. Azərbaycanın Bakını belə dialoqların məkanına çevirməsi isə ölkəmizin tarixdən gələn tolerantlıq ənənəsi ilə bugünkü dövlət siyasətinin bir nöqtədə birləşdiyini göstərir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 130   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq"

"Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçılar

15 sentyabr
.

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşü

16 sentyabr
.

"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr