Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanın regional və beynəlxalq siyasətinin mühüm istiqamətlərini əks etdirir. Dövlət başçısının çıxışında Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi, dini-mədəni irsin qorunması, Qarabağda bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi məsələləri bir-birini tamamlayan mövzular kimi təqdim olunmuşdur. Bu çıxışın mühüm məqamlarından biri Azərbaycanın sülh gündəliyinin dini və mədəni diplomatiya ilə əlaqələndirilməsidir. Bakı şəhərində keçirilən beynəlxalq tədbirlər yalnız fikir mübadiləsi üçün deyil, həm də müxtəlif ölkələrin və xalqların ortaq dəyərlər ətrafında bir araya gəlməsi üçün platforma kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə verdiyi əhəmiyyəti göstərir.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının Bakıda keçirilməsi Türk dünyasının dini-mənəvi əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Şuranın fəaliyyətində dini rəhbərlərin qarşılıqlı təcrübə mübadiləsi aparması, müsəlman icmalarını maraqlandıran məsələləri müzakirə etməsi və mənəvi dəyərlərin qorunmasına dair fikir mübadiləsi aparması üçün imkanlar yaranır. Toplantının Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələri və Yəhya Bakuvi konfransının iştirakçıları ilə eyni vaxtda keçirilməsi bu əməkdaşlıq müstəvisini daha da genişləndirir.
Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsi ölkənin Türk dünyası ilə Qafqaz arasında tarixi və mədəni əlaqələrə malik olması ilə də bağlıdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi olduğunu diqqətə çatdırmışdır. Qafqaz Albaniyasının tarixi, qədim Atabəylər dövlətinin irsi və Azərbaycanın çoxəsrlik mədəni inkişafı bu coğrafiyanın tarixi əlaqələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Türk dünyası və İslam aləmi ilə münasibətlərində mədəni irsin qorunması xüsusi yer tutur. XV əsrin görkəmli mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın Bakıda keçirilməsi bu siyasətin mühüm nümunəsidir.
Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi Azərbaycanın İslam dünyası ilə əlaqələrində yeni əməkdaşlıq imkanları yaradır. Belə bir tədbir müxtəlif ölkələr arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, humanitar əlaqələrin və qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətli platforma ola bilər. Azərbaycan dövlətinin mövqeyinə görə, müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi yalnız ümumi çağırışlarla deyil, konkret təşəbbüslər və birgə fəaliyyətlərlə təmin olunmalıdır. Dini liderlərin sülh və əmin-amanlığa çağırışları bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dini rəhbərlər cəmiyyətlər arasında qarşılıqlı hörmətin və dialoqun inkişafına, dini dəyərlərin sülh naminə təşviqinə mühüm töhfə verə bilərlər. Bu baxımdan Bakıda keçirilən toplantılar müxtəlif ölkələrin dini icmaları arasında əlaqələrin möhkəmləndirilməsi və regional sabitliyin dəstəklənməsi üçün imkanlar yaradır. Azərbaycanın sülh diplomatiyası da məhz bu əməkdaşlıq mühitinin genişləndirilməsi ilə sıx bağlıdır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı fikirlər regional sabitliyin və uzunmüddətli sülhün əhəmiyyətini önə çıxarır. Dövlət başçısı sülh gündəliyinə sadiqliyi vurğulayaraq, müharibədən sonra yeni münasibətlər sisteminin formalaşdırılmasının vacibliyini qeyd etmişdir. Azərbaycanın sülh siyasətinin mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, sosial infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin bərpası bu prosesin əsas komponentləridir. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri həmin işlərlə yerində tanışlıq baxımından əhəmiyyətlidir. Qarabağda dini-mədəni irsin bərpası Azərbaycanın milli-mənəvi dəyərlərə münasibətini əks etdirən mühüm istiqamətdir. Ağdam məscidinin bərpası ilə başlayan prosesin digər məscidlərin yenidən qurulması ilə davam etdirilməsi dini abidələrin qorunmasına göstərilən diqqəti nümayiş etdirir. Şuşada yeni məscidin inşası və işğaldan azad edilmiş ərazilərdə dini obyektlərin bərpası həm mədəni irsin mühafizəsi, həm də insanların dini ehtiyaclarının təmin olunması baxımından əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən qurulması Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasətin mühüm nəticəsi kimi təqdim olunur. Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası və əhalinin məskunlaşdırılması regionun sosial-iqtisadi inkişafına, yeni infrastrukturun yaradılmasına və ərazilərin dayanıqlı gələcəyinin təmin olunmasına yönəlmişdir. Azərbaycanın sülh gündəliyi tarixi yaddaşın qorunması ilə də əlaqələndirilir. Xocalı faciəsi, dağıdılmış şəhər və kəndlər, dini və mədəni abidələrə vurulmuş zərər xalqımızın yaddaşında dərin iz buraxmışdır. Bu hadisələrin öyrənilməsi, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycanın tarixi-mədəni siyasətinin mühüm istiqamətlərindəndir. Eyni zamanda, davamlı sülhün formalaşması üçün qarşılıqlı hörmət, beynəlxalq hüquq və dialoq prinsiplərinin qorunması vacibdir. Dövlət başçısının çıxışında beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara dair fikirlər də Azərbaycanın xarici siyasət mövqeyini əks etdirir. Azərbaycan öz ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesində beynəlxalq hüquq prinsiplərinin tətbiqinin vacibliyini dəfələrlə vurğulamışdır. Bu yanaşma ölkənin beynəlxalq təşkilatlarda fəal iştirakının, öz mövqeyini ifadə etməsinin və regional məsələlərə dair diplomatik fəaliyyətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın İslam dünyası ilə əməkdaşlığında dini və mədəni diplomatiyanın inkişafı mühüm yer tutur. İslamofobiyaya qarşı mübarizə, dini dözümlülüyün təşviqi, müqəddəs məkanlara və dini dəyərlərə hörmətin qorunması beynəlxalq əməkdaşlıq üçün aktual məsələlərdir. Bu sahədə birgə təşəbbüslərin həyata keçirilməsi müxtəlif ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və dini zəmində qarşıdurmaların qarşısının alınmasına töhfə verə bilər. Azərbaycanın dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması, dini icmalar arasında qarşılıqlı hörmətin təmin olunması və müxtəlif mədəniyyətlərin birgəyaşayış ənənələrinin inkişafı mühüm istiqamətlərdir.
Bu tədbirlər Azərbaycanın Türk dünyası və İslam aləmi ilə münasibətlərinin inkişafında dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinin xüsusi yer tutduğunu bir daha göstərir. Dövlət başçısının çıxışında irəli sürülən fikirlər isə Azərbaycanın sülh gündəliyinin regional sabitlik, dini-mədəni əlaqələr və beynəlxalq əməkdaşlıqla tamamlandığını əks etdirir.
Gülər Baxışova - Pedaqogika üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video