Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər.
"Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqust ayında atmosferdəki su buxarının miqdarı hər kvadratmetrə 27,35 kiloqrama çatıb.
Bu göstərici 2024-cü ilin iyulunda qeydə alınan əvvəlki rekordu geridə qoyub. Alimlər rekord artımın əsas səbəbləri arasında havanın temperaturunun yüksəlməsini və Sakit okeanda "El Nino" hadisəsinin təsirini göstərirlər. Daha isti hava daha çox su buxarı saxlaya bilir.
Atmosferdə su buxarının artması güclü yağışların və tropik siklonların yaranması üçün daha əlverişli şərait yaradır. Su buxarının kondensasiyası zamanı istilik ayrılır və bu proses fırtınalara əlavə enerji verə bilər.
Yüksək rütubət istilik dalğaları zamanı gecələr havanın kifayət qədər soyumasına da mane olur. Bu isə insanların isti havanın təsirindən gecələr belə tam qoruna bilməməsinə səbəb ola bilər.
Mütəxəssislər temperaturla atmosferdəki su buxarının bir-biri ilə sıx əlaqəli olduğunu bildirirlər. Qalıq yanacaqların yandırılması nəticəsində atmosferdə istixana qazlarının artması və "El Nino" kimi təbii iqlim hadisələri bu prosesi daha da gücləndirə bilər.
İqlim üzrə mütəxəssislərin məlumatına görə, qlobal temperaturun hər 1 dərəcə Selsi yüksəlməsi atmosferin təxminən 7 faiz daha çox su buxarı saxlamasına şərait yaradır.
Texas A&M Universitetinin iqlim alimi Endryu Dessler bildirib ki, son minilliklərdə, hətta son yüz minilliklərdə avqust ayından daha çox atmosfer su buxarının olduğu bir ayın qeydə alınması ehtimalı olduqca aşağıdır.
Rekord göstəricinin əsas səbəblərindən birinin atmosferdə karbon qazı və metan kimi istixana qazlarının artması olduğu vurğulanır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 652 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir
ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu
20 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabrPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabr13 yaşdan kiçiklərə sosial medianı qadağan edirlər
İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsinin tamamilə qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Tənzimləmənin ayın sonuna qədər parlamentdə səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir. "Qafqazinfo" xəbər veri
19 noyabrKaliforniyada 5,1 maqnitudalı zəlzələ olub
ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib
20 noyabrRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrCinpin, Tramp və Putin arasında üçtərəfli görüş başladı - Video
Çin sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş start götürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, görüş Şençjen şəhərində keçirilir. Rusiya, Çin və ABŞ liderləri tarixdə ilk dəfədir bu formatda danışıqlar aparırlar
19 noyabr