Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır.
"Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur.
"Gəmiçilik həcmi münaqişədən əvvəlki səviyyədən təxminən 90% aşağı olaraq qalır. İyunun 24-26-da qeydə alınan pik göstəricilərdən sonra gəmilərin keçidi davamlı xarakter alıb", - deyə qurumun hesabatında bildirilib.
Sənədə əsasən, boğazdan keçən gəmilər arasında əsas payı tanker donanması təşkil etməkdə davam edir. Oman sahili boyunca cənub istiqaməti ən yüksək təhlükə səviyyəsinə malik dəhliz olaraq qalır. Silahlı hücumlarla bağlı qeydə alınan 35 hadisənin 22-si məhz bu ərazidə baş verib.
Hesabatda həmçinin vurğulanıb ki, son yeddi gün ərzində ABŞ silahlı qüvvələri İranla əlaqəli kommersiya gəmilərinin boğazdan keçməsinə qarşı fəaliyyətlərini artırıb.
"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Fars və Oman körfəzlərinin sularında gəmilərin istismardan çıxarılması ilə bağlı bir sıra əməliyyatlar həyata keçirdiyini bildirib", - deyə hesabatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 319 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr