Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixologiya elmləri namizədi Janat Birjanova insanların saatda 11:11, 14:14 və ya 17:17 kimi eyni rəqəmləri görməyə xüsusi məna verməsinin səbəblərini izah edib.

Mütəxəssisin sözlərinə görə, insan beyni təsadüflər arasında əlaqə qurmağa və hadisələrdə müəyyən qanunauyğunluq tapmağa meyllidir. Dünya nə qədər nizamsız və qeyri-müəyyən görünürsə, insan onu izah etməyə və nəzarət hissi yaratmağa bir o qədər çox ehtiyac duyur.

Psixoloq bildirib ki, bəzi insanlar üçün eyni rəqəmləri görmək narahatlığı azaltmağın bir üsuluna çevrilə bilər. Məsələn, 11:11-i görən şəxs bunu yaxşı əlamət kimi qəbul edərək hər şeyin yaxşı olacağına özünü inandıra bilər.

Onun fikrincə, rəqəmlərə mistik məna vermək müəyyən hallarda insana psixoloji rahatlıq gətirsə də, bunun həyati qərarların əsasına çevrilməsi düzgün deyil.

Nə vaxt təhlükəli ola bilər?
Mütəxəssis qeyd edir ki, insan 07:07-ni görüb sadəcə gülümsəyir, arzu tutur və gündəlik həyatına davam edirsə, bunda ciddi problem yoxdur.

Lakin "15:15 gördüm, deməli razılaşmalıyam", "istədiyim rəqəmi görmədim, deməli bunu etməməliyəm" və ya "03:03 xəbərdarlıqdır, səfəri ləğv edirəm" kimi yanaşmalar artıq insanın davranışına təsir göstərməyə başlayır.

Psixoloqun sözlərinə görə, zərərsiz görünən rituallar narahatlığı azaltmağa xidmət edə və zaman keçdikcə vərdişə çevrilə bilər. Əgər insan qərarlarını bu rituallara əsasən verməyə başlayırsa, bu, artıq sağlam yanaşmadan uzaqlaşmaq deməkdir.

Narahatlıq artdıqca "işarələr" də çoxalır
İnsanların xüsusilə yeni iş, münasibətlərin bitməsi, köç, maliyyə problemləri, çətin seçim və mühüm qərar gözləmək kimi qeyri-müəyyən dövrlərdə "işarələrə" daha çox diqqət yetirdiyi bildirilir.

Birjanovanın sözlərinə görə, insan nə baş verəcəyini bilmədiyi zaman taledən və ya kainatdan təsdiq almağa ehtiyac duyur. Bu isə müvəqqəti olaraq narahatlığı azalda bilər.

Psixoloq vurğulayıb ki, insanın əvvəlcədən inandığı fikirlər də onun ətrafındakı məlumatları necə qəbul etməsinə təsir edir. Şəxs müəyyən bir ideyaya inanırsa, beyni şüurlu və ya şüursuz şəkildə həmin inancı təsdiqləyən nümunələri daha çox seçməyə başlayır.

Məsələn, kimsə müasir dünyadakı problemlərin əsas səbəbinin telefon və sosial şəbəkələr olduğuna inanırsa, gündəlik həyatda məhz bu fikri təsdiqləyən hadisələrə daha çox diqqət yetirəcək. Halbuki problemin real səviyyəsi dəyişməyə də bilər.

Mütəxəssis insanların rəqəmlərdən və "işarələrdən" daha çox öz daxili narahatlıqlarını anlamaq üçün istifadə etməsinin faydalı ola biləcəyini deyib.

Onun sözlərinə görə, belə anlarda insan özündən "mən hazırda nədən qorxuram?", "niyə təsdiqə ehtiyac duyuram?" və "məni həqiqətən nə narahat edir?" kimi suallar soruşmalıdır.

Psixoloqlar bildirirlər ki, saatda təkrarlanan rəqəmlərin gələcəyi proqnozlaşdırdığı və ya kainatdan obyektiv mesaj daşıdığına dair elmi sübut yoxdur. Bununla belə, həmin rəqəmlərə verdiyimiz məna öz qorxularımız, ümidlərimiz və gözləntilərimiz haqqında müəyyən məlumat verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 86   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir

"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi

15 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr